Etiketler

8 Aralık 2014 Pazartesi

KƏNDİN BƏRƏKƏTİ

 Rayon mərkəzindən uzaq bir dağ kəndin gündəlik həyatından biri idi. Həmişəki kimi işsiz gənclər tində dayanıb biri-birilərinə "nağıl" danışır, ağsaqqallar isə tarixi qədim olan köhnə kənd məscidinin qarşısına yığılıb indiki dövür üçün  itib getməkdə olan mentalitetdən danışırdılar. 

 Kənddə avtoşluq edən Vidiş avtomobilnın maqnitofununa yüksək səslə qoyduğu mahnı ilə gün ərzində aşağı- yuxarı şütüyürək kənd yollarındakı tozu ərşə qaldırırdı. Vidişin atası məmur olduğu üçün ona kənddə hərəkətlərinə görə söz deyən tapılmırdı.

14 Kasım 2014 Cuma

DİREKTORUN YOXLAMASI

Son vaxtlar nəsə yoxlama sözünü tez-tez eşidirik. İdarə və təşkilatlarda yoxlamaların olması yaxşı haldır. Yoxlama olan təşkilatda şəffaflıq və obyektivlik daha da qabarır. Bunu həmişə yaxşı adlandırmaq düzgün olmaz. Yoxlamanın tez-tez gəlişindən istifadə edib, bundan öz işləri üçün məharətlə istfadə edənlərdə olur. Cox qəribədir ki, yoxlamanın tez-tez təşrif buyurmasından istifadə edənlərin arasında məktəb, təhsil müəssisələri kimi bilik ocaqlarıda olur.

25 Ekim 2014 Cumartesi

AXIR Kİ TAPDIM

         

Coxdan fasilə vermiş bloguma kitab oxumaq və onun fəziləti haqqında ya verməklə bu fasiləyə son qoymaq qərarına gəldim. Əslində mənim kitab oxumağın xeyri və onun müsbət cəhətləri haqqında geniş yazmaq fikirim yoxdur. Sadəcə mütaliyənin insan savadlanmasına, dünya görüşünün artmasına faydasını bir əhvalatla bildirmək istəyirəm. 


İşimlə əıaqədar olduğu üçün C.Məmmədquluzadənin “Niyə məni döyürsünüz?” 
(http://www.adalet.az/w6103/N%C4%B0Y%C6%8F_M%C6%8FN%C4%B0_D%C3%96Y%C3%9CRS%C3%9CN%C3%9CZ/)
fleytonu ilə bağlı Şimal bölgəsinin bir rayonun  mərkəzi kitabxanasına yollandım.

9 Eylül 2014 Salı

QUBADA MÜƏLLİMLƏRİN KONFRANSI

Sentyabrın 9 da Quba rayonu Gənclər Mərkəzində Təhsil işçilərinin 2013\14 cü ilin yekumlarına həsr olunmuş konfransı oldu.

 Konfransda çıxış edən Quba rayon Təsil şöbəsinin müdüri Yusif Abidov cari ilin yekunlarından, yeni təmir olunmuş məktəblərdən, keçən dərs ilində qazanılan naliyyətlər və ortaya cıxan problemlərdən xəbər verdi.

31 Ağustos 2014 Pazar

DƏVƏDABANININ PROBLEMİ


Qubanın Dəvədabanı deyilən yaşayış massivi rayon mərkəzindən 1 km aralı Nügədi yolunun üzərindədir. Təxminən 20 ilə yaxındır ki, burada insanlar yaşayır, özlərinə ev tikiblər. Bu vaxt ərzində yaşayış massivi içməli su və elektrik enerjisi ilə təmin olunsada qaz hələdə verilməyib. Massivin problemi təkcə bununla bitmir.

8 Temmuz 2014 Salı

QARDAŞ ANLAYIŞI



Qardaş dedikdə ilk olaraq insanın ağılna onun dayağı, arxası olan qardaşı yada düşür.  Bundan başqa qardaş eyni hissi yaşayan, eyni əqidədə olan və eyni düşüncəyə sahib olan insanlar hesab olunur.   Ümumiyyətlə qardaş necə olmalıdır? 


Qardaşla bağlı bir əhvalat məni belə bir şey haqqında düşünməyə vadar etdi. Universiteti bitirib işlə bağlı Bakı şəhərinə yola düşdüm. 

3 Temmuz 2014 Perşembe

BİZİM KOMANDAMIZ

          Artıq Futbol üzrə növbəti Dünya Cempionatı başa catmaq ərəfəsindədir. Futbol üzrə keçirilən Dünya Cempianatı keçirildiyi ölkə  əsl futbol bayramının ab-havasını  hiss etdirir. Kecirilən XX cempianatlıqda   Dünya dövlətləri arasında özlərini Futbol ölkəsi kimi təsdiq edən dövlətlər oldu. Bunlardan Braziliya, Uruqvay, Aregentina Avropadan Almaniya, İtaliya, Fransa İspaniya kimi dövlətlər bu peşəkar və məşhur oyunun Avropada xeyli həvəskarı olduğunu sübut etdi.

21 Haziran 2014 Cumartesi

SUYA DUYULAN EHTİYAC


Qubada xeyli vaxtdır axşamlar saat 22-30, bəzən 23-00 dan sonra rayonun cox hissəsində içməli su kəsilir. Birdə səhər saat 7, bəzənde 7-30 suyu açırlar. Bu hal rayon əhalisi arazında narazılığa səbəb olur. Rayonun Xeyrulla adlı yaşlı sakini isə suyun nəin ki, səhər 7 də, bazən gündüz saat 10, 12- yə kimi suyun gəlmədiyini bildirir. Başqa bir sakin  isə suyun daha tez saat 21-00, 21-30 radelerinde kəsildiyini bildirdi.

16 Haziran 2014 Pazartesi

QAFQAZDA PLOV GÜNÜ

Qafqazın məşhur tanınmış bilik ocaqlarından biri olan Qafqaz Universitetinin özünə məxsus qaydalarından biri də hər zaman dəyər verdiyi, kainatın hər bucağında işıq sacan ulduzlar kimi  səpələnmiş  məzunları min bir əziyyitlə bir yerə yığmaq, onları bir araya gətirib əhvalları ilə dərtləşmək, məşğul olduğu məsləkləri ilə  yaxından tanış olmaq ənənəsidir.

6 Haziran 2014 Cuma

RAYONUN NƏQLİYYAT PROBLEMİ

Quba rayonunda avtomobillərin avtobuslara aid dayanacaqlarda saxlanılması şəhərdaxili avtobus  sürücülərin narahatcılığına səbəb olur.
Sürücüləri  narahat edən əsas məsələ isə hər döngədə dayanmış yol polisləridir. Onların dedyinə görə yol polislərindən cəmi10-15 metr aralıda  avtobusunların dayanacağında durub marşurutların dayanacağa girişini əngəlləyən avtomobilləri görmürlər, yandan keçen maşınları saxlayırlar. Halbukui Yol Hərəkəti Qaydalarında bununla bağlı cərimədə mövcuddur. 

12 Mayıs 2014 Pazartesi

UZADILMIŞ DƏRSLƏR



Bu tədris ilindən dərs saatlarının miqdarı artıralaq iyun ayının 14-ə kimi davam etməsi təsdiq olunub. Dərs saatların miqdarı 4 həftə artralaraq 32 saatdan 36 saata qədər uzadılacaq.  

Əvvala onu deyim ki, məsələdən xəbəri olan əksər ziyalı təbəqə dərslərin uzadılması məsələsinin birmənalı deyillər. Bu məsələni hərə özünə görə bir cür izah edir.  

6 Mayıs 2014 Salı

APARICININ SƏHVİ

Dünən (05. 05. 2014) Qubada  Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən YAŞIL TEATR da Quba RİH-nin təşkilatçılığı ilə da Ümummilli Lider Heydər Əliyevin anadan olamasının 91-ci ildönümü və eləcə də faşizm üzərində Qələbənin 69-cu ildönümü ilə əlaqədar olaraq  təşkil edilmiş konsert proqramında

5 Mayıs 2014 Pazartesi

QUBALI GƏNCLƏRİN NÖVBƏTİ QƏLƏBƏSİ


             May ayının 3-ü  YAP Quba rayon təşkilatının təşkilatçılığı ilə Qubada Xəzər İnkişaf Fondunun dəstəyi ilə təşkil olunan Yaz məktəbində rayonumuza qoaq olan Bakı şəhərinin Xəzər rayonun gəncləri ilə Quba gəncləri arasında NHN oyunu üzrə intellektual yoldaşlıq görüşü keçirilib.

Yarışda təşkilatımızın təşkil etdiyi yarışlarda uğurlu nəticələr göstərən gənclərdən ibarət 2 komanda və Quba YAP komandası Qubanı təmsil edib.

Yarışa düşmüş maraqlı suallardan birinin cavabı
      Nəticədə Vuqar Huseynov, Nizami Huseynov, Ramin Mahmudov, Raman KərimovMehman Fermanov və Lala Qonaqovadan ibarət "Yurd" komandası 29 sualdan 25-nə düz cavab verərək turnirin qalibi olub. Bakının tələbələrindən ibarət "Qaradağ" komandası 17 xalla ikinci olub. Rayonumuzu təmsil edən "Yurd"un intellektual oyunlarının davamlı iştirakçılarında olan məktəblilər - Elmeddin SixmuradovVusal Isayev, Niyameddin Bondarenko, Rauf Alxasov FeridPirimov və Xəyalın yer aldığı "Xəmsə" komandası 16 xalla üçüncü olub.

Bir daha təbrik ediirk.

      Uğurun yolu davamlı olaraq həftəlik turnirlərdə iştirakdan keçdiyinə bir daha əmin olduq. Afərin gənclər və gələcək təmsilçilərimiz. Sükanı belə saxlayın.



RAMİN MAHMUDOV "YURD"  (https://www.facebook.com/rmahmudov?fref=nf)

19 Nisan 2014 Cumartesi

QUBADA IKT TƏLİMİ


         Qubada Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Uşaq və Gənclərin İnformasiya Texnologiyaları Sahəsində Maarifləndirilməsinə Dəstək” (UGİTSMD) İctimai Birliyi tərəfindən təşkil olunmuş “İKT inkibatorları: İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və laboratoriyaların yaradılması” layihəsi çərçivəsində kompyuter biliklərinin təkmilləşdirilməsi  mövzusu  üzrə təlim kursu keçirilib.

9 Nisan 2014 Çarşamba

FAYDASIZ ATTESTAT



Bu ilki dərs ilidə sona yetmək üzrədir. Məktəblərdə artıq indidən tətil ab-havası hiss olunur. XI- lər ciddi- cəhdlə öz “Son zəng”lərinə həvəslə hazırlaşırlar. Daha doğrusu XI –lər hazırlığa hələ  ilin əvvəlindən başlamışdılar. Son zamanlar mətbuatda hər kəsə attestat verilməsi haqda yayılan xəbər təhsili 2-ci plana atdı.

6 Nisan 2014 Pazar

YUXU HAQQI

Hərdən fikirləşirəm ki, nə yaxşı  yuxumuz var, nə yaxşı ki, gecələrdə olsa dincəlib rahatlanırıq. Bütün günün yorğunluğunu axşamlar yatmaqla yuxu vasitəsilə  çıxardırıq. Allaha şükür ki, bunu bizdən alan yoxdur, nə yaxşı ki, yuxu haqqımıza girmirlər.

31 Mart 2014 Pazartesi

MÜƏLLİMİN XƏYALI


Ucqar kənd məktəblərin birində işləyən müəllimin başına gələn olaydan yazmaq istəyirəm. Məktəbin əmək və rəsmxət müəllimi öz güzəranını yaxşılaşdırmaq üçün öz əmlak payına düşən yerdə dükan açmaq qərarına gəlir. Müəllim fikirləşir ki, tədris etdiyi fənndən aldığı əmək haqqısı öz aylığını güclə “yola verir”, üstəlik bu fənnlərdən hec bir repetitorluq edib “leviy” qazanmaq mümkün deyil. Bu üzdən dükan tikib bir-babat güzaranı yaxşılaşdırmaq mümkün olar.

29 Mart 2014 Cumartesi

QUBADA BICAQLANMA HADİSƏSİ

Mart ayının 28 saat 11 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Quba  filialında bıçaqlanma faktı baş verib. Hadisə şahidlərindən  RTV-yə verilən məlumata görə, təhsil müəssisəsinin tələbəsi Babayev Vüqar  I kurs tələbəsi Salyandan olan Osmanlı Xalid adlı tələbəni bıçaqlayıb.

17 Mart 2014 Pazartesi

GƏNC MEDİAÇILAR TƏLİMİ

Qubada 2 gün davam edən Gənc Mediaçılar Məktəbi adlı təlimə yekun vuruldu. Təlimdə məktəblilər, tələbələr hətta rayonun orta məktəblərinin gənc müəllimlərdə iştirak etmişdir. Bu iki gün ərzində gənclərə media aləmində baş verən son dəyişikliklər, yeni media, xəbərlər, bloggerlik və video süjetlərin hazırlanması ilə bağlı olan bu təlimdən gənclər xeyli maariflənmiş və təlimin gedişindən razı qalmışdırlar.

10 Mart 2014 Pazartesi

MƏZUNLARLA GÖRÜŞ

Qafqaz Universiteti öz ənənəsinə sadiq qalaraq kecmiş məzunları ilə görüşləri davam etdirir. Belə görüşlərdən biri mart ayinin 9 da  olmuşdur. Universitetə yığılan keçmiş məzunlar bir-brlərini görüb şad olmuş, hal-əhval tutmuşdular. 

Qafqaz Universiteti Məzunların Koordinasiya şöbəsinin təşkilatçılığı ilə təşkil olunan bu görüşə Universitetin İlahiyyat fakültəsinin tələbələrinin yaxın dostu olan Məmmədəli müəllim Babaşovda dəvət edilmişdir.

2 Mart 2014 Pazar

BİZİM UŞAQLAR

Bu yaxınlarda sosial şəbəkələrdə Norvec və Azərbaycan da azyaşlılara edilən diqqət və qayğının müqayisəsini əks etdirən video yayılmışdı. Videoda soyuqlu, şaxtalı havada küçədə dayanmış təxminən 9-10 yaşlı  uşağın ətrafındakıların ona diqqətindən bəhs olunurdu. Insanlar bu uşağa bacardığı qayğını göstərərək onu geyindirməyə, soyuqdan qorumağa çalışırdılar.

24 Şubat 2014 Pazartesi

“7 OGUL” VƏ BIR “OVSUNCU”



Azərbaycan filimin istehsal etdiyi məşhur filimlərdən olan “7 ogul istərəm” bədii filimi haqqında söz etmək istəyirəm. C. Cabbarlı adına 1970 –cü ildə çəkilmiş filimin rejissoru Tofiq Tagızadədir. Yusif Səmədoğlunun Ssenarisi əsasında yazılan filim sovet dövrünün xalq şairi Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında lentə alınmış filim Azərbaycanda Sovet Hkimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunur.

14 Şubat 2014 Cuma

VALENTIN GÜNÜ


14 fevral-Sevgililer Gunu



Bu bayramin tarixi xristianliqdan evvele aid edilir. Fransiz tarixçisi Tillemonun ve daha sonra ingilislerin araşdirmalarina göre bu bayram Qedim Romada Luperkalia adi ile qeyd olunmuş bayramdan goturulub.

Ehtiras ilahesi Juno Februata ve sevgi tanrisi adlandirilan Favna(Luperk) şərəfinə her il fevral ayinin 15-i qeyd olunan bu bayram zamani, efsaneye gore Romanin simvolu sayilan canavarin balalarini yedirdiyi yerde qurbanlar kesilirdi.

9 Şubat 2014 Pazar

Qələbə xəbərini gətirən daş-qalaq edildi.


b.e. ə. 490- cı ildə Yunanistana hücum edən İran qoşunları Afinanın 40 km də dayanmışdı. Yunan qoşunlarına başcılıq edən Miltad  ordunu hazır vəziyyətə gətirmiş, peşəkar və nizamlı İran ordusuna qarşı döyüş məqamını gözləyirdi. Bu döyüşə Afinanın bütün kişiləri səfərbər olmuş, qadınlar, qocalar və döyüş qabiliyyəti olmayanlar isə Afinanın qala qapısının üzərinə çıxıb həlledici döyüşün taleyi haqqında xəbər gözləyirdi. Nəhayət döyüş başlayır.


27 Ocak 2014 Pazartesi

Müğənni Məhəbbət Kazımov vəfat etdi.

Modern.az saytı xəbər verir ki, Azərbaycanın tanınmış müğənnisi Məhəbbət Kazımov dünyasını dəyişib.

Qeyd edək ki, özü telekanallardakı verilişlərin birində də çıxışı zamanı həkimlərin ona 3 ay vaxt qoyduğunu demişdi. 

25 Ocak 2014 Cumartesi

KURİKULUM YAXŞI VƏ PİS CƏHƏTLƏRI

Son dövrlərTəhsil bazasında aparılan islahatlar KURIKULUM deyilən yeni sistemə gətirib cixartdı. Mənası “cığır, yol” anlamı verən sistemin ənənəvi sistemdən  fərqi ondan ibarətdir ki, burada müəllim bələdçi, yəni yol göstərən, şagirdlər isə araşdırmaçı rolunu oynayır. 

19 Ocak 2014 Pazar

ŞƏHİDLƏR YAD EDİLDİ

Yanvarın 19 sa saat 17-30 da Quba Gənclər Mərkəzinin dəstəyi ilə Quba Dövlet Sosoial İqtisad Kollecinin qarşısından Şehidler Xiyabanina yürüş olmuşdur.



 


14 Ocak 2014 Salı

Şahmatçı Vüqar Heşimov dünyasını deyişdi



O, reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı.

Azərbaycan şahmatına ağır itki üz verib.
Oxu.Az Azertac-a istinadən xəbər verir ki, Yanvarın 11-i gecə saatlarında istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib.

8 Ocak 2014 Çarşamba

MÜƏLLİM ƏMƏYİ




Qış tətili başa çatdı. Müəllimlər bundan sonra məktəblərə qayıdaraq hələ də bayram ab-havası beyinlərindən getməyən şagirdlərin kefinə  soğan doğrayacaqlar. Burada şagirdlərə verilən qısa tətil gününü tənqid etmək fikirim yoxdur. Əsas məsələ isə müəllimlərlə bağlıdır.

3 Ocak 2014 Cuma

NƏQLİYYATIN GƏTİRDİYİ YENİLİKLƏR




Bir neçə gündür ki, Quba rayononda şəhərarası yeni marşurutlar işə başlayıb. Yeni marşurutların işə çıxması yollarda nizam yaratmaqdan başqa rayonun gözəlləşməsinə də təkan verə bilər. 
Bunun necə baş verməsini bilmək üçün balaca araşdırma aparaq.