Mart ayının 28 saat 11 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında bıçaqlanma faktı baş verib. Hadisə şahidlərindən RTV-yə verilən məlumata görə, təhsil müəssisəsinin tələbəsi Babayev Vüqar I kurs tələbəsi Salyandan olan Osmanlı Xalid adlı tələbəni bıçaqlayıb.
Ona 3 bıçaq zərbəsi endirilib. Yaralı ağır vəziyyətdə Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Hadisəyə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı münasibət bildirib. Milli.Az -ın verdiyi məlumata göre hadisənin şəxsi münasibətlər səbəbindən baş verdiyini bildirib.
"Hadisə 1-ci dərsdən çıxdıqdan sonra baş verib və onlar ayaqyolunda mübahisə ediblər. Nəticədə, Vüqar tələbə yoldaşı Xalidi üç bıçaq zərbəsi ilə yaralayıb. Yaralı hal-hazırda xəstəxanadadı, bu dəqiqələrdə əməliyyat gedir. Vəziyyəti ağır olsa da, həkimlər hər şeyin yaxşı olması üçün çalışırlar. Tələbələrin hər ikisinin valideyinlərinə məlumat verilib. Hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır”.
Hiç yorum yok:
Yorum Gönder