Quba
rayonunda avtomobillərin avtobuslara aid dayanacaqlarda saxlanılması şəhərdaxili avtobus sürücülərin narahatcılığına səbəb olur.
Sürücüləri narahat edən əsas məsələ isə hər döngədə dayanmış yol polisləridir. Onların dedyinə görə yol polislərindən cəmi10-15 metr aralıda avtobusunların dayanacağında durub marşurutların dayanacağa girişini əngəlləyən avtomobilləri görmürlər, yandan keçen maşınları saxlayırlar. Halbukui Yol Hərəkəti Qaydalarında bununla bağlı cərimədə mövcuddur.

Bu hala ən çox Qubanın yuxarı hissəsində yeriləşən natarios, TQDK-nin Quba bölməsi və poçt şöbələri olan ərazidə rast gəlinir.
Ən
bərbad vəziyyət isə Meqa- Market kimi tanınan ticarət obyektinin qarşısındadır.
O ərazi marşurut avtobuslarının əsas dayanacağı hesab olunur. Burda marşurutlar
gözləmə qrafikinə uyğun olaraq bir az cox dayanmalı olurlar. Sürücülərin dediyinə görə
nadan sürücülər bu yeri öz şəxsi avtomobilləri üçün zəbt edirlər. Ən qəribəsidə budur ki, Nəqliyyat Nazirlitinin Quba rayon üzrə yol departament işçilərinin ən coxu bu
ərazidədir. Buna baxmayaraq onların gözlərinin qarşısında bunlar baş verir.
Sürücülərdən
biri "səmimi etiraf" etdi ki, lazım olmayan məqamlarda departament burdadır, lazım
olanda isə yoxa çıxırlar. "Budur düz 10 dəqiqədir ki, NİSSAN bizim yerimizi zəbt edib! Departamentin bir dənə olsun nümayəndəsi gözə dəymir". deyə sürücü öz etirazın bildirir.
Bu Qubada nəqliyyatla bağlı tək problem deyil,
başqa bir problem isə elə marşurut sürücülərinin özlərindəndir. Marşurutdan
daha çox istifadə edən sərnişinlərin dediyinə görə Dianostika sağlamlıq mərkəzi və Olimpia İdman
Kompleksindən Qubanın yuxarı hissəsinə getmək üçün sərnişinlər marşurutları dəyişməli olurlar. Cünki yuxarıdan gələn marşurut bir daha geri qayıtmayaraq yeni avtovağzala gedir. Sərnişinlər yeni avtovağzalda düşüb başqa marşuruta əyləşib rayon mərkəzinə gedirlər. Buda onlar üçün əlavə pul xərclənməsinə səbəb olur.
Sərnişinlərin sözlərinə görə "Qubanın yuxarı və mərkəzi hissəsinə getmək üçün 0, 40 qepik pul xərcləyirik. Bu qiymətlə taksi ilə də getmək olar." Daha marşurutdan niyə istifadə edək".
Nə qədər ki, belə catışmamazlıqlar mövcuddur şəhər nəqliyyatı ilə bağlı digər problemlərdə işıqlanacaq.
Nə qədər ki, belə catışmamazlıqlar mövcuddur şəhər nəqliyyatı ilə bağlı digər problemlərdə işıqlanacaq.
Hiç yorum yok:
Yorum Gönder