Azərbaycan filimin istehsal etdiyi məşhur filimlərdən olan “7 ogul
istərəm” bədii filimi haqqında söz etmək istəyirəm. C. Cabbarlı adına 1970 –cü
ildə çəkilmiş filimin rejissoru Tofiq Tagızadədir. Yusif Səmədoğlunun
Ssenarisi əsasında yazılan filim sovet dövrünün xalq şairi Səməd Vurğunun
“Komsomol” poemasının motivləri əsasında lentə alınmış filim Azərbaycanda Sovet
Hkimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunur.
Keçən əsrin 20
illərində Sovet hakimiyyətinin Azərbaycanın işğalından sonra ölkəmizə təşrif buyuran
bolşeviklərin gətirdiyi “xoş gələcəkdən”
söz edilən filimdə kəndə gələn 7 nəfərdən ibarət bolşevik dəstəsi bir-sıra islahat aparmağa çalışırlar.
Bu islahatların ən birincisi kəndlərdə bəy-kəndli
münasibətlərinə son qoymağı tapşırılıb. Buna görədə onların hədəfi kəndləri
çalıb –talayan Gəray bəy və onun
əlaltıları olur.
Kəndə gələn 7 nəfərdən ibarət heyətə diqqətlə nəzər saldıqda aydın olur ki, onlar müxtəlif düşüncə və
təfəkkürə malikdirlər. Bunları arasında kəskin mövqeyi ilə seçilən Mirpaşa
olur. Onun dindarlarla xüsusəndə mövhümatla olan mübarizəsi filimdə qabarıq
bəyan olunur. Filimdə onun kənd mollası ilə dialoqu və ya məscidə it bağlamağla
o dövürdə İslam dininə olan münasibəti ortaya qoyur. Təbii ki, başçıları
Bəxtiyar onu bu hərəkətini cavabsız qoymur. Bunlar hamısı Azərbaycan tele filim
kinostudiyasında sovet dövrünün ən kəskin vaxtlarında çəkilən filimdir.
Bəs tarixi həqiqət necədir?
Tarixdən məlumdur ki, Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra rusların
Azrbaycanı işğal etmək planı əsas məsələ idi. Bunun üçün bolşeviklər bütün
qüvvələri ilə döyüşə atılmışdılar. Ruslara qarşı ölkəmizin bir neçə yerində
güçlü üsyanlar olsada bunlar hamısı qanla yatırıldı.
Bu üsyanlardan ən dəhşətlisi 1920- ci il may ayında Gəncədə baş
vermişdir. Bu üsyanda Azərbaycanın
yüksək rütbəli general və zabitindən başqa 13 min nəfər insan qətlə
yetirilmişdir. Belə faciədən sonra 7 oğulun xoş niyyətlə Peykanlıya gəlməsi
mümkün ola bilməzdi. Hətta bu barədə filimi çəkən rejissor Tofiq Tağızadə neçə
illər sonra televiziyaya verdiyi müsahibəsində filimin tarixi hadisələrlə
ziddiyyət təşkil etdiyini etiraf etmişdir.
Bu hadisələrin reallığını
əks etdirən filim isə rejissor Oqtay Mirqasımovun - 2003- ildə lentə aldığı “Ovcunçu” (http://az.wikipedia.org/wiki/Ovsun%)
filimidir.
Film
XX əsrin əvvəllərində, konkret olaraq 20-ci illərdə Azərbaycanda sovet
hakimiyyəti qurulması zamanı baş verən hadisələrdən, bu hadisələrin xalqımızın
mənəviyyatına göstərdiyi təsirdən, totalitarizm təfəkkürünün yerli camaatın
beyninə zorakılıqla yeridilməsindən bəhs edilən filimdə ucqar bir kənd təbibi olan Rəsul Azərbaycanda xoş gələcəkdən dəm vuran "7 oğula" qarşı vuruşur.
Güman edirəm ki, müstəqilliymizi əldə etdikdən sonra realığı əks etdirməyin
tam vaxtıdır.
Hiç yorum yok:
Yorum Gönder