Qardaş
dedikdə ilk olaraq insanın ağılna onun dayağı, arxası olan qardaşı yada
düşür. Bundan başqa qardaş eyni hissi
yaşayan, eyni əqidədə olan və eyni düşüncəyə sahib olan insanlar hesab
olunur. Ümumiyyətlə qardaş necə
olmalıdır?
Qardaşla
bağlı bir əhvalat məni belə bir şey haqqında düşünməyə vadar etdi. Universiteti
bitirib işlə bağlı Bakı şəhərinə yola düşdüm.
Şəhərdə əmimgildən başqa Rahim
adlı tələbə yoldaşım var idi. Şəhərə gedib ona baş cəkmək hissi məni daha da
sevindirirdi. Rahimə baş cəkib gecəni əmimgildə qalıb, səhər tezdən geriyə
qayıtmalı idim. Əmimin də Aqşin adlı
oğlu var idi. Aqşin məhəllədə xüsusi hörmətə malik idi. Ömründə həbsdə olmasa
da oğru qanunlarını çox yaxşı mənimsəmişdi. Məhəllədə uşaqlar arasında
“razborka” olanda Aqşin cənfəşanlıqla o söhbətə qoşular, bildiyi “oğru
qanunları ilə ” işi həll edərdi. Buna görə də çox nadir hallarda evdə
tapılardı.
Aqşindən
fərqli olaraq Rahim isə onun kimi deyil, sakit təbiətli adam idi. Rahim namaz
qılan dindar uşaqlar arsında olurdu. Onların moizəli söhbətlərini buraxmazdı.
Buna görədə Rahimə oz aralarında künyə (ləqəb) qoyub onu Abdül-Rahim
adlandırırdılar.
Nə isə.
Bunların evdə olmadığını öyrənib vaxtımı kecirmək üçün bir çayçıya gedib həm
vaxtımı, həmdə yorğunluğumu almaq qərarına gəldim. Tələbə vaxtından tanıdığım
çayxanada Vahid adında oğlan işləyirdi. Vahid o vaxtdan çayxanada işləsədə çayxanasında
hec bir dəyişiklik olmamışdı. Təxminən bir saatdan sonraVahidin çayçısından ayrılıb
getmək qərarına gəldim.
Elə ilk
olaraq Rahimə dəyməyi qərara aldım. Rahimgilin yaşadığı mərtəbəyə qalxıb
qapının zəngini basdım. Qapını Rahimin özü açdı. Məni bağrına basıb qucaqladı.
Gəlişimə sevindiyi özündən əks olunurdu. Rahim görmədiyim bu müddət ərzində
xeyli dəyişmiş, sacları tək-tük ağarmış, ən gözəgəlimlisi isə onun saqqal
buraxması idi. Evə daxil olanda hiss etdim ki, Rahimin bu vəziyyəti, xüsusilə onun
saqqal buraxması ailəsində hecdə yaxşı qarşılanmırdı. Evdə Rahimə olan
soyuqluqdan bu hiss olunurdu. Bir az söhbətdən sonra Rahim mənə getdiyi yerini
dedi. “Bir qardaş var, onun söhbətində getmişdim”. Mən: “Hardan gəlib?” deyə soruşdum. Rahim
cavab verdi: “Səduyyədən”.
Rahim o
gələn qonaq haqqında cox danışdı. Onun necə Allah adamı olduğunu, hansı biliyə
sahib olduğu haqqında hər şeyi danışdı. Rahimdən ayrılıb Aqşini görməyə getdim.
Nəhayət
Aqşinlə görüşdüm. İçəri gedib söhbət etdik. Aqşin də hansısa bir qardaşdan
danışırdı. Onun maraqlı söhbətini dinləyib gəldiyini bildirdi. Abdül-Rahim kimi
bu da hansısa qardaşı tərifləyir, onunla görüşdə çox məmnun görünürdü. Eyni
sualı ona da verdim. Aqşin cavab verdi. “Zondan”
P.S.
Sonradan eşitdim ki, Rahim müəyyən səbəblərdən həbs olunub. Onun yanına gəlib
gedən isə qardaşı Camal idi.
Hiç yorum yok:
Yorum Gönder