Etiketler

3 Temmuz 2014 Perşembe

BİZİM KOMANDAMIZ

          Artıq Futbol üzrə növbəti Dünya Cempionatı başa catmaq ərəfəsindədir. Futbol üzrə keçirilən Dünya Cempianatı keçirildiyi ölkə  əsl futbol bayramının ab-havasını  hiss etdirir. Kecirilən XX cempianatlıqda   Dünya dövlətləri arasında özlərini Futbol ölkəsi kimi təsdiq edən dövlətlər oldu. Bunlardan Braziliya, Uruqvay, Aregentina Avropadan Almaniya, İtaliya, Fransa İspaniya kimi dövlətlər bu peşəkar və məşhur oyunun Avropada xeyli həvəskarı olduğunu sübut etdi.


          Mənim bu cempianatlıqla, daha acıq desək futbolla ilk tanışlığım uşaq vaxtlara təsadüf edir. Onda atam və əmilərimlə baxdığım futbol oyunu “Neftci” komandası olardı. O dövür üçün secilmiş geyim forması ən cox hallarda ağ- qara idi. Mən komandaları da bu geyimə görə ayrıd edirdim.  Əmim mənim futbola olan marağımı görüb bir az açıqlama verərdi “Ağlar bizimkilərdi, onlar qol vuranda qışqırarsan”  

Zaman kecib yaşa dolduqdan sonra özüm futbolu dərk etməyə başladım. Yaşa dolduqdan sonra dünya görüşüm artdı, “Neftci” dən ayrlılıb böyük futbolla maraqlanmağa başladım. O komandalar “bizimkilər” olmasa da onların oyunları bizi özünə cox yaxşı cəlb edirdi. Məhəllə uşaqları kimi məndə özümə bir ölkənin futbol komandasını tutub onun oyunlarını izləyirdim. Sözsüz ki, qol vuranda sevincimi, həyancanımı gizlədə bilmirdim. 




Uşaq olanda Maradona, Pele,  Bacco, Klinsman kimi oyuncular haqda eşitmişdim. 
O vaxt ilk dəfə baxdığım futbol 1990- cı ildə İtaliyada  kecirilən Dünya Cempionatı  idi. Finalda Argentina və Almaniya qarşılaşırdı. Bu görüşdə hakimin mübahisəli şəraitdə verdiyi 11-metrlik  cərimə zərbəsi Almaniyanı önə cıxardı. Məğlubiyyəti qəbul edə bilməyən argentinalılar şoka düşdülər. Bu mənzərənin ən dəhşətli anı isə Maradonanın göz yaşlarına hakim ola bilməməsi idi.  Həqiqətəndə bu mənzərə mənə də təsir etdi. Ondan sonra Argentinanı “bizimkilər” kimi hiss etdim. 



Futbollun belə cazibədarlığı haqqında cox yazmaq olar. Çempianat başlayanda hamı cəkiliər bir küncə öz sevimli komandalarına, oyuncularına dəstək olurlar. Buda küçəldən uşaqların yığışmasına şərait yaradar, həmdə futbol vasitəsilə hansısa ölkə haqqında məlumata malik olurlar. Məsələn: Honduras, Ekvador, Gana, Kosta-Rika kimi ölkəkərdən xəbərdar olurlar.  



Futbol böyük və kiçiklər arasında populyar olsanda bu zamanın özündə də futboldan xəbəri olmayan gənclərimiz var.



 Bir dəfə axşam evə gedirdim. Məhəllənin tinində ucadan danışan yeniyetmə gənclərə bir ağsaqqal deyinir: “Bu nədi yığışmısınız bura? Sizin işiniz, gücünüz yoxdur? Hec olmasa gedin futbola baxın”! gənclərdən biri isə sərsəm cavab verir: “Eh dayı bizimkilər oynamır ki,”



Daha bundan sonra nəsə yazmağa yəqin ki, gərək yoxdur.



Hiç yorum yok:

Yorum Gönder