Etiketler

9 Şubat 2014 Pazar

Qələbə xəbərini gətirən daş-qalaq edildi.


b.e. ə. 490- cı ildə Yunanistana hücum edən İran qoşunları Afinanın 40 km də dayanmışdı. Yunan qoşunlarına başcılıq edən Miltad  ordunu hazır vəziyyətə gətirmiş, peşəkar və nizamlı İran ordusuna qarşı döyüş məqamını gözləyirdi. Bu döyüşə Afinanın bütün kişiləri səfərbər olmuş, qadınlar, qocalar və döyüş qabiliyyəti olmayanlar isə Afinanın qala qapısının üzərinə çıxıb həlledici döyüşün taleyi haqqında xəbər gözləyirdi. Nəhayət döyüş başlayır.



 Döyüş Miltad xüsusi taktiki gediş ilə iranlıları mühasirəyə salır və qoşun arasında şaşqınlıq yaranır, parsların əsgərləri qacmağa məcbur olur. Bu qanlı- qadalı döyüşdə yunanlar 192, parslar isə 6400 əsgərini itirir. Dünya hərb tarixinin nadir döyüşlərindən sayilan  bu döuüşdən sonar Miltadın qələbəsi Yunan tarixinə qızıl hərflərlə yazılır.

Bütün Yunanıstanın taleyini həll edəcək bu döyüşün nəticəsini ölkə həyacanla gözləyir. Rəvayətə görə düşmənin darmadağın edilməsi xəbərin Afinaya çatdırmaq üçün qırx km yolu birnəfəsə qaçan yunan əsgəri şəhər darvazasına yaxınlaşarkən, əhali onun fərarilik etdiyini zənn edib daşa basır. Qırx km-lik yolu birnəfəsə qaçan döyüşçü qələbə xəbərini deməyə nəfəsi çatmır və beləliklə o qələbə xəbərini çatdıra bilmədən daş-qalaq edilib öldürülür.
Bu gün olimpiya oyunlarında təşkil olunan marafon yarışı həmin qələbənin, həmin döyüşçünün şərəfinə təşkil olunur.

Hiç yorum yok:

Yorum Gönder