Etiketler

25 Ocak 2014 Cumartesi

KURİKULUM YAXŞI VƏ PİS CƏHƏTLƏRI

Son dövrlərTəhsil bazasında aparılan islahatlar KURIKULUM deyilən yeni sistemə gətirib cixartdı. Mənası “cığır, yol” anlamı verən sistemin ənənəvi sistemdən  fərqi ondan ibarətdir ki, burada müəllim bələdçi, yəni yol göstərən, şagirdlər isə araşdırmaçı rolunu oynayır. 

 Kurikulumda tətbiq olunan üsullardan biri burada elektron dərs vasitələrindən istifadədir. Dərs dediyim köhnə, təmirə ehtiyac olan məktəb olduğu üçün bu barədə bəhs etməyəcəyəm.

Kurikulumda tətbiq olunan bir sistemdə var ki, buda şagirdlərə dərsin mənimsənilməsi üçün onları qruplara bölüb dairəvi şəkildə oturuşudur. Bu sistem şagirdlərə dərsin yaxşı anlamasına, ən əsası da, sinifdə pis oxuyan şagird varsa onunda dəstə içində qismən fəallaşmasına yardım edir.



 V və VI siniflərə dərs dediyim üçün adı şəkilən sistemi sinifdə tətbiq edirəm. Yeni sistemin pis cəhəti ondan ibarətdir ki, burada şagirdləri lövhəyə çıxarıb gündəlik dərsi soruşmaq qaydası yoxdur.  Yalnız foruntal sorğu ilə onları diaqnostiq qiymətləndirirsən. 

İndi  keçək dairəvi sistemə. Bayaq deyildiyi kimi bu qrup şəkilində oturmaq passiv şagirdə dərsdə fəallıq etməyə imkan verir. Ancaq bu belə olmur. Oxumuyan şagird hec yerdə və hec cür oxumayacaq. O şagird “kruqa” qoşulduqda orada “məşğul olmağa” yeni oyun tapacaq. “Kruqun” diqqətini dağdıb özünə cəlb edəcək.

Ikinci bir problem şagirdlərin dərsi hazırlamaq prosesidir. Burada şagirdlər dərsi hissələrə bölərək  öyrənib onu danışırlar. Yerdə qalanları onu dinləyirlər. Bunu yalnız qrupdan bir nəfər edir. Qalanları bu işin məsuliyyətindən azad olunduğunu fikirləşirlər. Buna görədə qrupun digər üzvləri dərsin mətnindən xəbərsiz olurlar.

Ənənəvi (əvvəlki) üsulun yaxşı cəhətilərindən biri şagirdin öyrəndiyi dərsi çıxıb lövhədə danışmasıdır. Şagird dərsi danışır müəllim onu axıra qədər dinləyib layiq olduğu qiymətini verir. Lakin kurikulum da bu sual-cavabla yoxlanılır. Şagird suala yarı-yarımcıq cavab verib başından etməklə dərsə cavab verdiyini sanır.

 Kurikulum haqda cox yazmaq olar. Inanırıq ki nəticə ürəkaçan olacaq.

 Bu sual-cavabın nəticəsidir ki, V siniflərə “Azərbaycan Xalq Cumhuriyyəti”- nə aid olan dərsi 3 ay öncə tədris olunmasına baxmayaraq 28 Mayın nə günü olduğunu mənimsədə bilmirəm.     

Hiç yorum yok:

Yorum Gönder