Etiketler

6 Nisan 2014 Pazar

YUXU HAQQI

Hərdən fikirləşirəm ki, nə yaxşı  yuxumuz var, nə yaxşı ki, gecələrdə olsa dincəlib rahatlanırıq. Bütün günün yorğunluğunu axşamlar yatmaqla yuxu vasitəsilə  çıxardırıq. Allaha şükür ki, bunu bizdən alan yoxdur, nə yaxşı ki, yuxu haqqımıza girmirlər.

O gün polis məni məhəlləmizdən çıxıb rayon mərkəzinə gedən əsas yola buraxmadı. Bildirdi ki, yol bağlıdır. Bunun nə vaxta qədər belə davam etdiyini soruşanda bildirdi ki, dövlətin yoludur “İstəyəndə bağlayar, istəyəndə açar”. Daha dövlət işçisi ilə söz gülədirməyəcəyəm ki.

Dünən bəri suyumuz gəlmir. Telefonu götürüb su idarəsinə zəng etdim. Telefonun o başındakı qadın incə səsi ilə bildirdi ki, hansısa xəttdə “avariya” var. “iş qurtaran kimi suyu açacaqlar”  “Bəs iş nə vaxt qurtaracaq?  -- cavabı qısa oldu. “Bilmirəm”.

İşıqda da belə problem olsa eyni cavabı eşidəcəyik. Qınamalı bir şey yoxdur. Qəza hər zaman olur. Problem aradn qaldırılan kimi suyu buraxacaqlar. Buraxmayada bilərlər. Bu dövlətin əlində olan işdir.  


Mən sizə yuxudan danışmaq istəyirəm. O, yuxu ki, o öz əlimizdədir. Yuxunu dünyada ən şirin nemet kimi dəyərləndiriblər. Sabah şənbə günü olduğundan bu yuxunun dəyəri dahada artır. Orta məktəbdə oxuyan vaxtı dostum Cəsarətin dediyi kimi “Yat ki, yatasan--- axı sabah şənbədir!”. Yalnız yatanda öz xəyyarınla, öz planlarınla baş-başa qalırsan. Ən yaxşı halda isə əsəblərin sakitlik, sinirlərin rahatlıq tapır. Mən də doyunca yata bilərəm. Axı şabah şənbədir.


Tak-tak-tak....! – Bu nədir!?  Yəqin yuxu görürəm. Gözümün qabağına daşdöşənmiş küşə ilə gedən bir adam gəlir. Mən adamın arxasınca getdiyim üçün onun özünü görə bilmirəm. Tak- tak-tak...! səslər yenədə gəlir. Bundan başqa qışqırıq və danışıq səslərini eşidirəm. Yuxudan ayılıram. Səslər gəlməyində davam edir. Tak-tak-tak....!  İlahi!  Bu səs yanmızdakı binada  gedən tikinti  işlərinin səsidir.  Saata baxıram saat 8:30 göstərir. Dəhşət axı mən yatmalıyam!. Bu mənim öz hüququmdur. Yatmaq hüququm.


Axı bu gün şənbədir. 

Hiç yorum yok:

Yorum Gönder