Etiketler

31 Ağustos 2014 Pazar

DƏVƏDABANININ PROBLEMİ


Qubanın Dəvədabanı deyilən yaşayış massivi rayon mərkəzindən 1 km aralı Nügədi yolunun üzərindədir. Təxminən 20 ilə yaxındır ki, burada insanlar yaşayır, özlərinə ev tikiblər. Bu vaxt ərzində yaşayış massivi içməli su və elektrik enerjisi ilə təmin olunsada qaz hələdə verilməyib. Massivin problemi təkcə bununla bitmir.




Buranın ən qabarıq problemi massivin yaxınlığında yerləşən böyük ərazini əhatə edən zibillik sahəsidir. Təxminən 2 hektardan artıq olan bu zibilliyin iyi ətrafda yaşayan əhali üçün problemə çevirilib. Onların dediyinə görə hava küləkli olanda səhərlər təmiz havaya möhtac qalırsan.  

Sakinlərin dediyinə görə həmin bu ərazi əvəllər daş bazarı olub. Burada xeyli sayda maşınlarla dolu mişar daşı olurdu, buda ki, ərazidə ev tikən insanlar üçün əliverişli idi. "Bütün işlərimizi həmin daş bazarından görürdük. “Həm hava təmiz idi, həm də tikinti işləri aparanlar üçün  yaxın idi".- deyə sakinlərdən biri öz narazılığını bildirdi.


Sakinlər onu da əlavə etdilər ki, indi daş gətirmək üçün 10 km-ə yaxın yol qət edirsən, bu həm əziyyət, həm də əlavə xərcdir.  

Taksi fəaliyyəti ilə məşğul olan bir sürücü bildirdi ki, burada ən acınacaqlı hal isə zibilliyi yandıranda olur. “Mənim evim təpədə yerləşir. Zibilliyi yandıran kimi tüstü  bir baş bizə tərəf gəlir”.

Həmin deyilən zibiliyyə baxdıqda burada rayon kommunal idarəsinə məxsus bir maşın dayanmışdır. Belə aydın olur ki, maşının daynmasında səbəb yəqin zibilkdə qayda yaratmaqdır. Beləki zibil atmağa gələnlər zibili maşına atırlar ki, içəri aparmasınlar. Hətta bunun üçün əraziyə bir nəfərdə nəzarət edir.  Həmin adam zibil atanlara göstəriş verir ki, zibili maşına atsınlar.
Digər bir məqam isə rayondan gələn başqa zibil maşının zibilliyə tərəf istiqamətlənməsidir. Həmin maşın isə bir azda içəri gedərək gözdən itir. 
Bir şey bəllidir ki, zibilliyin orda yerləşməsindən adiyyatı qurumların xəbəri var. Amma bir şey bilinmir ki, zibillik orda çox qalacaq, ya yox.




Hiç yorum yok:

Yorum Gönder