Etiketler

31 Mart 2014 Pazartesi

MÜƏLLİMİN XƏYALI


Ucqar kənd məktəblərin birində işləyən müəllimin başına gələn olaydan yazmaq istəyirəm. Məktəbin əmək və rəsmxət müəllimi öz güzəranını yaxşılaşdırmaq üçün öz əmlak payına düşən yerdə dükan açmaq qərarına gəlir. Müəllim fikirləşir ki, tədris etdiyi fənndən aldığı əmək haqqısı öz aylığını güclə “yola verir”, üstəlik bu fənnlərdən hec bir repetitorluq edib “leviy” qazanmaq mümkün deyil. Bu üzdən dükan tikib bir-babat güzaranı yaxşılaşdırmaq mümkün olar.
Lap işi yaxşı gətirsə müəllimlikdən də əl çəkib daha iri işlər arxasınca gedər, müəyyən bir karyeraya sahib olar. Elə bu ümüidlədə xeyli xərc və maddi əziyyət çəkib, inşaat işinə başlayır. Bu xəyalla müəllim dükan üçün bina tikmək qərarına gəlir.
 Dükanın adını elimə, təhsilə hörmət əlaməti olaraq “ZİYA” qoyur. Bir müddətdən sonra dükan tikilib hazır olur. Ilk dövrlər müəllimin işi pis getmir. Müəllim məktəbdəki dərsi nəzərə alaraq, eyni vaxtda həm məktəbdə, həm də dükanda işləməyin mümükün olmadığını dərk edən müəllim dükan üçün  satıcı tapır. Tanışlarından güvənilən, hamı kimi işsiz qalan bir gənci dükana işə qoyur. Müəllimin təyin etdiyi maaşla gənc razılaşır və həvəslə işə başlayır.
Doğrusunu desək müəllim bu vaxta qədər özünü bir az düzəldir. Borclarını bağlayır, dükanda mallarının satılması üçün tam şərait yaradır. Baxmayaraq ki, kəndin camaatı müəllimlə çox vaxt nisyə al-ver edir, aldığı malının pulunu ayın sonunda verilən maaşa kimi gözləməyi xahiş edirdilər. Müəllim carəsizlikdən bunlara dözür. Vəziyyəti nəzərə alaraq müştəriləri könülsüz, əli-boş geri qaytarmırdı.
Budur dükanın qarşısında hündür boylu, şıx geyinmiş əlində qovluq tutmuş bir nəfər görünür. Bu ərazi vergilər idarəsinin əməkdaşıdır.  Məsələ aydın idi. Vergi işçisi müəllimin bu işindən xəbər tutub təşrif buyurmuşdur. Vergi dən gələn şəxs müəllimə bir-sıra qanunları izah edir. Orada göstərilir ki, hər bir vətəndaş dükan açarsa, işlədərsə, ora satıcı götürərsə bunun üçün vergi idarəsi ilə müqavilə bağlamalıdır. Orada göstərilən qanuna görə hər bir sahibkar işlətdiyi işçisinə görə ona  200 manat maaş verməlidir. (Baxmayaraq ki,  müəllimin maaşı bundan azdır.)  bu puldan 25% Dövlət Sosial Fonduna köçürülməsi tələb olunur. Müdür özü isə 35 man  DSMF-a ödəniş etməlidir.  
Bu haqq- hesab müəllimə uzun gəlir. Necə yəni 200 manat? Bu məbləğdə pulu satıcıya versə ucqar dağ kəndəndə nisyə al-ver edən dükanda bəs müəllimin öz xərci? Vəziyyətin qəlizliyini anlayan müəllim vəziyyətdən çıxış yolu axtarır. Vergilərə yollanaraq onlarla “ortaq məxrəc”ə gələ bilir.
Belə vəziyyətdən sonra müəllim yalnız yaşayır, hec bir xəyal qurmadan.
 

Hiç yorum yok:

Yorum Gönder