Etiketler

10 Mart 2014 Pazartesi

MƏZUNLARLA GÖRÜŞ

Qafqaz Universiteti öz ənənəsinə sadiq qalaraq kecmiş məzunları ilə görüşləri davam etdirir. Belə görüşlərdən biri mart ayinin 9 da  olmuşdur. Universitetə yığılan keçmiş məzunlar bir-brlərini görüb şad olmuş, hal-əhval tutmuşdular. 

Qafqaz Universiteti Məzunların Koordinasiya şöbəsinin təşkilatçılığı ilə təşkil olunan bu görüşə Universitetin İlahiyyat fakültəsinin tələbələrinin yaxın dostu olan Məmmədəli müəllim Babaşovda dəvət edilmişdir.

Yemək masasından başlanan tanışlıq cay süfrəsindədə davam etmişdir. Məzunlar keçən bu 12-13 il ərzində heyatıarında yaşanan anlardan söhbət açmış, calışdıqları sahələr haqqında bir-birilərinə məlumat vermişdilər.

Məzunların Koordinasiya şöbəsinin rəhbəri Elşad Yunusovun dediyinə görə keçmiş mezunları yığmaqda məqsəd onlarla yaxından tanış olmaq, son dövrlər Qafqazda edilən yenidənqurma və deyişikliklə tanış etmək, ən əsası isə mezunların 
zamanla yaşadıqları ünvanları deyişdirilməsi və yaxud həmin ünvanda yaşamamaları, onlara bizim tərəfdən göndərilən məktublarımızın cavabsız qalmasıdır. Bu üzden onları topladıq ki, mezunların elekton e-mail və internet adressleri götürək ki, növbəti tədbirlərə davetdə hec bir problem olmasın.



 Tədbirin sonunda məzunlara Universitetin Koordinasiya şöbəsi tərəfindən hədiyyələr verilmişdir.

Sonda məzunlar Universitetin yeni tədris korpusu ilə yaxından tanış olmuş, Universitetin həyətində xatirə şəkili çəkmişdilər. 

Hiç yorum yok:

Yorum Gönder