Etiketler

16 Haziran 2014 Pazartesi

QAFQAZDA PLOV GÜNÜ

Qafqazın məşhur tanınmış bilik ocaqlarından biri olan Qafqaz Universitetinin özünə məxsus qaydalarından biri də hər zaman dəyər verdiyi, kainatın hər bucağında işıq sacan ulduzlar kimi  səpələnmiş  məzunları min bir əziyyitlə bir yerə yığmaq, onları bir araya gətirib əhvalları ilə dərtləşmək, məşğul olduğu məsləkləri ilə  yaxından tanış olmaq ənənəsidir.












Bununla bağlı Qafqaz Universitetinə müəyyən vaxtlarda  təşkil olunan “Plov günü” məhz məzunlarla görüşə həsr olunur. Həmin günlərdən biri də bu ilin iyun ayının 14-ə təsadüf olunub. Bu gün haqqında məzunlara məlumat verən Qafqaz Universitetinin Məzun Koordinasiya şöbəsinin rəhbəri Elşad müəllim Yunusov tədbirdə çıxış edərək bildirdi ki, Qafqazda artıq ən-ənə halına gələn PLOV Günü məhz məzunlarımızın görüşü üçün təşkil olunur. “Bu dəfəki yığıncağa da 1998- dən bu tərəfə yəni Qafqazın ilk məzunları başda olmaqla 2013 il de Universitetimizi başa vuran tələbələrimizidə davet etmişik. Dəvət göndərilən  bütün məzunlarımızdan 350- yə yaxını buradadır. Onlara sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm. Gəlməyənlərədə işlərində uğurlar arzulayırıq. Ümid edirik ki, onlarda Qafqazın zəhmətini hec vaxt yerə vurmayacaqlar”.



Tədbirdə cıxış edən Universitetin rektoru Ahmet Sanic tədbirə gələnləri salamladıqdan sonra yarandığı ildən bəri Qafqazın uğurlarından, Qafqaz məzunlarının Azərbaycanın dövlətçiliyi və onun inkişafı  uğrunda yorulmadan etdikləri xidmətlərindən danışdı. Ahmet bəy son vaxtlar Azərbaycan dövlətinin Qafqaz Universitetinə, Qafqazdakı təhsilə xüsusi önəm vediyini  vurğuladı.

Daha sonra söz məzunlara verildi. Onlar Qafqazda təhsil aldığı illərdə başlarına gələn maraqlı əhvalatlardan, niyə Qafqaz Universitetini secdiklərini, Qafqazla bağlı  planlarından danışdı.  Tədbir plov masası arxasında davam etdi.


Sonda bir-biri ilə görüşən tələbələr şəkil çəkdirib müqəddəs saydığı ocaqdan ayrıldılar.







Hiç yorum yok:

Yorum Gönder