Bu ilki dərs ilidə sona yetmək üzrədir.
Məktəblərdə artıq indidən tətil ab-havası hiss olunur. XI- lər ciddi- cəhdlə öz
“Son zəng”lərinə həvəslə hazırlaşırlar. Daha doğrusu XI –lər hazırlığa hələ ilin əvvəlindən başlamışdılar. Son zamanlar
mətbuatda hər kəsə attestat verilməsi haqda yayılan xəbər təhsili 2-ci plana
atdı.
Bu xəbər 11 il ərzində məktəbdən bezən
şagirdlər üçün göydən düşmə oldu. Məktəbə yaxın bir adam kimi hiss edirəm ki, axır
vaxtlar şagirdlər tam məktəb formasını itirib. Onlar nəin ki, məktəbli çantası,
hec məktəbli formasında da dərsə gəlmirlər. Sözün əsl mənasında gəlmirlər. Dərs
dediyim məktəbdə XI sinifdə 11 şagird təhsil alırdısa son vaxtlar sinifdə
şagird sayı ən yaxşı halda 4 nəfər olurdu. Qalan şagırdlərdən 2 nəfəri
repetitor yanına hazırlığa getdiyi məlum olub. Şagirdlərin qalan hissəsi isə
“daha vacib” işi olduğundan dərsə önəm vermir.
Problemin ən qabarıq hissəsi isə dərsdə olan
şagirdlərin dərsə hazırlıqsız gəlməlsidir. Diqqətçəkən məqam ondan ibarətdir
ki, bu xəbərdən sonra qızlar da geriləyib. Bir dəfə dərsdə hazır gəlməyən iki
qıza “2” yazdım. Qız hecnəyi vecinə almadan arsız-arsız irişdi. O biri isə
kinayə ilə çiyinlərini çəkib oturdu. Şübhə etməyə gərək yox ki, bu hal hər
dərsdə baş verir.
Bir dəfə məktəbimizdə çalışan hamımızın
xətirini çox istədiyimiz yaşlı müəllimin (Adını çəkmirəm) sinifdə bərk
əsəbləşdiyini, taqətdən düşmüş vəziyyyətdə sinifdən çıxdığını gördüm. O yalnız
bir kəlmə dedi: -- “Oxumurlar”.
Aydın məsəslə idi ki, sinifdə söhbət faydasız
verilən “attestatdan” düşmüşdür.
Hiç yorum yok:
Yorum Gönder