Etiketler

3 Ocak 2014 Cuma

NƏQLİYYATIN GƏTİRDİYİ YENİLİKLƏR




Bir neçə gündür ki, Quba rayononda şəhərarası yeni marşurutlar işə başlayıb. Yeni marşurutların işə çıxması yollarda nizam yaratmaqdan başqa rayonun gözəlləşməsinə də təkan verə bilər. 
Bunun necə baş verməsini bilmək üçün balaca araşdırma aparaq. 


Bu iritutumlu HUNDAY markalı avtobuslar əvvəlki raflar kimi hər addımbaşı dayananıb sərnişin götürməyəcək və yaxudda düşürməyəcəklər. Bunlar ancaq dayanacaqdan - dayanacağa hərəkət edərək orada gözləyən  sərnişinləri götürəcəklər. Bunun üçün marşurutların keçdiyi yerlərdə dayanacaqların qurulması labüd olacaq. Bu dayanacaqları qoymaq üçün küçələr bir az genişlənməlidir. Küçələrin genişləndirilməsi şəhərə bir az da gözəllik verə bilər.


Camaat avtobuslara minmək üçün küçəni keçib dayanacağa getməli olacaqlar. Bunun üçün dayanacağa keçmək üçün  xüsusi kecidlər və zebralardan istifadə olunur. Camaatın keçib o biri tərəfə keçdiyi səki də düz olsun ki, əhali orada rahat yeriyə bilsin. Buda eyni zamanda səkilərin yenidən qurulması problemini ortaya gətirir. Baxmayaraq ki, bir neçə il əvvəl bir dəfə təmir olunmuşdur.



Bir sözlə yol həm mədəniyyət, həmdə iqtisadiyyatdır. Amma Quba kimi bir rayonda çətin ki, bu mümkün olsun.

 

Hiç yorum yok:

Yorum Gönder