Etiketler

2 Mart 2014 Pazar

BİZİM UŞAQLAR

Bu yaxınlarda sosial şəbəkələrdə Norvec və Azərbaycan da azyaşlılara edilən diqqət və qayğının müqayisəsini əks etdirən video yayılmışdı. Videoda soyuqlu, şaxtalı havada küçədə dayanmış təxminən 9-10 yaşlı  uşağın ətrafındakıların ona diqqətindən bəhs olunurdu. Insanlar bu uşağa bacardığı qayğını göstərərək onu geyindirməyə, soyuqdan qorumağa çalışırdılar.

Azərbaycanda isə Norvecdəki ilə eyni yaşda olan Fərid küçədə soyuq havada dayanacaqda durur. Norvecdən fərqli olaraq burada insanların biganələyi ilə qarşılaşır. Sujeti hazırlayan müəllif bu etimadsızlığı ağızdolusu qeyd edir. Ölkəmizdə qışın soyuğunda soyuqdan tir-tir əsən bu uşağa belə vəziyyətdə əhəmiyyət verilməməsini ön plana çəkilir.
 
Bəllidir ki, bizdən fərqli olaraq Avropada uşaqlara tam başqa  münasibətdir.
 
 
Norvecdə uşaqlar bizdəki kimi meydanlarda əl açıb dilənmir, parklarda  peraşki satmır, yollarda və dayanacaqlarda  avtomobillərin şüşələrini silib pul qazanmırlar. Bunlardan savayı dərsdən yayınıb küçələrdə sülənən, bazarlarda “xaltura” edən azyaşlıları demirəm.
Norvecdən fərqli olaraq Azərbaycanda əl-ayağa dolaşan xeyli uşaq var. Gəl indi bunların qayğısından xəbərdar ol.  
 
 
 
 
 
 
 
 
 
 
 
Avropa ölkələrində uşaq hüquqları çox ciddi qorunur. Oranın bir qanunu var ki, hansısa bir uşağın problem olsa ona ərazinin bələdiyyə rəisi və yaxud da polis sahə müvəkkili cavabdehlik daşayır.
Tələbə olan vaxtı Kanadada qarda sürüşüb yıxlan uşaq haqqında eşitmişdim. Qarda yıxılan uşaq ayağı sındırdığına görə ərazinin bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılmışdır.
 
 
Belə uşaqlara regionlarda rast gəlmək olur.
 
Başıma gələn hadisədir. Birdəfə Bakıda dənizkənarı parkda dayanmışdım. Bu zaman yanımdan əlində peraşki satan yaşı təxminən 11 olan bir uçaq keçirdi.  Kənarda dayanmış iki nəfər uşağı cağırıb ondan peraşki istədilər. Uşaq onlara yaxınlaşıb al-verini edib geri qayıtdı. Uşaq geri qayıdanda onun gözlərinin yaşla dolduğunu, içindən xırda-xırda ağaladığını gördüm. Bu mənzərə mənə də təsir etdi. Yanımdan keçındə uşağa yaxınlaşıb “niyə ağladığını”  soruşdum. Təssəvvür edə bilməzsiniz ki, uşaq nə cavab verdi: gözləmədiyim bir cavab  “Sənə nə var”!?
 
Belə uşaqlara daha kim acıyar?.
 
 
 
 
 
 
 

Hiç yorum yok:

Yorum Gönder