Etiketler

30 Ekim 2012 Salı

LƏTİFƏLƏR


İki dostun telefon söhbəti:

- Fb-də görünmürsən...

- Axşam prosessoru pəncərədən atdım.

- Yox a! Niyə?

- Arvad qısqanırdı. Baxdım ki, ya arvadı atmalıyam, ya da kompüteri... Uşaqlara yazığım gəldi.


                                                               ****

Bir aşiqin inboxa yazdıqları:

“Sən gedən gün ürəyimi yoxlayan həkim eynəyini çıxarıb təəccüblə sifətimə baxdı: "Muzik pleyer - zad udmamısan ki, səndən kamança səsi gəlir!"

                                                           
                                                             ****
Bir gün bir kişi evdə yemək yeyəndə həyat yoldaşı onu arxadan tava ilə vurur. Neyləmişəm mən deyəndə arvadı deyir:
- Cibində kağız tapdım üzərində Daisy yazıb. O kimdi?
-Daisy? eh.. Mən at yarışı oynayıram axı. Bax ordakı atların birinin adıdır.
Həyat yoldaşı:
- Bağışla mən səni çox qısqanıram səni.
Aradan 1 həftə keçəndən sonra yenə arvadı əlində telefon ilə gələrək tava ilə kişini vurur. Kişi deyir:
- Axı bu dəfə nə etmişəm?
Həyat yoldaşı:
- Heç nə. Atın mesaj yazıb al cavab yaz.  
                                                          ****
Bir gün ərlə arvad yol ilə gedəndə bir pingvin tapırlar.Bilmirlər nə eləsinlər.Ər deyir ki, gəl polisə deyək.Belə də edirlər.Onlar başlarına gələni danışırlar.Deyirlər ki,biz bilmirik indi bu pingvini neyləyək.Polis də bir az fikirləşib deyir ki, ən yaxşısı siz bunu zooparka aparın.Səhəri gün polis yenə işə gedəndə görür ki həmin ərlə arvad pingvinlə gedirlər.Polis onlara yaxınlaşıb soruşur:
-Siz dünən bunu zooparka aparmadınız??
Ərlə arvad cavab verirlər:
-Dünən zooparka apardıq bu gün də Luna parka aparırıq

29 Ekim 2012 Pazartesi

KÖHNƏ YENİ AVTOMOBİL

Quba rayonunda nadir avtomobil var. 1944- cü il istehsalı olan bu "Moskiviç- 401" 26 at gücü olan müərriklə təhciz olunub. Avtomobil təmir olunub sonradan yığılsada detalları ilə orginaldır. Həmin avtomobil keçmiş sovetlər birliyində sonuncu dəfə 1955- ci ildə istehsala buraxılıb. Onunlada istehsalı dayanıb. 
Avtomobilin hərəkəti üçün DYP-i tərəfindən hec bir maneyə yoxdur.
MİLLİ.Az sayıtından aldığımız məlumata görə avtomobil sahibinin istəyini nəzərə alaraq Moskiviç də olan seriya nömrələri şərtidir.

26 Ekim 2012 Cuma

İBADƏT YOXSA ƏYLƏNCƏ

      İslam aləmindən bizə gəlib catan bayramlarından biri də Qurban bayramıdır. Bu bayram haqqında bilgi vermək istəmirəm. Amma bayramın əsl savabı onun namazındadır. Bunun üçün möminlər sübh tezdən məscid və camilərə axışırlar. Ölkəmizdə dini etiqad güclü olduğundan Camilərin nəinki içi, hətta həyəti, Camilərin qarşısındakı küçələr də insan kütləsi ilə dolu olur. Bunu başa düşənlər namaza bir az tez gəlib məscidin içində münasib yerdə oturmağa cəhd edirlər. Bunun üçün evdən tez çıxsada buna nail ola bilmirlər. Buna səbəb yolarda yaranan tıxaclardır. Bakı böyük şəhər olduğundan nəqliyyat sistemi hələ tam yaxşı vəziyyətə düşmədiyinə görə yollarda tıxac başa düşüləndir. 
      Bu dəfə möminlərə başqa bir maneə səbəb oldu. Onsuzda avtomobillərdən daralan şəhərə növbəti avtomobil karvanı təşrif buyurdu. Deyilənə görə 30 müxtəlif avtomobildən ibarət olan bu karvan 3 gün Bakıda yarışa girəcək. Bu sürətdən ləzzət alanlar üçün "əsl adrealin"dir. Bu adrealin möminlər üçün əsəb və narahatçılıq oldu. "Namaz mənim meracımdır" deyən Peyğəmbərimiz Hz. Muhamməd (s. a. s) in merac hesab etdiyi namaza mömin insanlar vaxtında yetişə bilmədilər. Azərbaycan Dünya çempianatı kimi iri yarışlara ev sahibi olur. Amma niyə bu ralli yarışının? Axı bizdən bu yarışda təmsil olunan idmançı olmayıb.Nəyə görədə Müsəlmanların müqəddəs hesab etdiyi Qurban bayramı günlərində? Bu əvvəlcədən düşünülmüş insan faktorudur yoxsa zərurətdən yaranan təsadüf?
   Burda bir faktı qeyd edim ki, Bu "Ralli" lərə görə yollar bağlanıb. Buda yollarda tıxacın yaranmasına səbəb olub. Budakı qəzasız ötüşməyib. Bakı dairəvi yolda 8 avtomobilin toqquşması və 2 nəfərin ölümü ilə bağlı yol  qəza hadisəsi baş verib.

    

23 Ekim 2012 Salı

Oğlunuzdan SMS var


Azərbaycanda hərbi xidmətə çağırılan çağırışçılar hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatları internet və ya qısa mesaj (SMS) vasitəsilə ala biləcəklər. Bu, Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiqlənmiş mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə göstərilən elektron xidmət növlərinin siyahısında nəzərdə tutulub.
Yeni siyahıya əsasən, çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi nəzərdə tutulur. Bundan başqa, hərbi xidmətkeçmə haqqında arayışın verilməsi də elektron formada aparılacaq. Yeni qaydaya əsasən, Dövlət Xidmətindən arxiv arayışlarını, eləcə də İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisini də elektron müraciət etməklə almaq mümkün olacaq.
Qeyd edək ki, bu dəyişikliyə əsasən, ölkəmizdə doğum, ölüm, nikah, nikahın pozulması, övladlığa götürmə və atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin internetlə qəbuluna da başlanıb. Bundan sonra vətəndaşlar ədliyyə orqanları və notariusların qəbuluna internet vasitəsilə onlayn yazıla biləcəklər.


ZAMAN AZERBAYCAN

20 Ekim 2012 Cumartesi

ERKƏN NİGAHLAR MÜZAKİRƏ OLUNDU


Oktyabrın 19-da Quba rayon Mədəniyyət evinin akt zalında Azərbaycan Respublikası Qeyri – Hökumət təçkilatlarına Dövlət dəstəyi Şurasının təşkilatçılığı ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatınin “erkən nikahlar və onların səbəbləri” layihəsi çərçivəsində Erkən nigahlar və Gender bərabərliyi mövzusunda tədbir keçirilmişdir. Tədbirdə iştirak edən Azərbaycan Demokratik Tələbə Gənclr Təşkilstının sədri Asif Əsgərli və təşkilatın sədr müavini Gülnarə Bağırova bildirib ki, bu tədbirin keçirilməsində məqsəd Respublikanın bölgələrində  erkən nikah məsələlərini müzakirə etməkdir.
Asif müəllimin sözlərinə görə Respublikada erkən nikah problemləri əsasən bu ərazilərdə təsadüf olunduğu üçün biz bu problemlərlə yaxından tanış olmalı, onların həyata keçirilmə səbəblərini axtarmaq və bunun qarşısını alınmasında gənclər arasında maarifləndirmə işinin aparılmasıdır.
Tədbirdə çıxış edən təşkilatın sədr müavini Gülnarə xanım bu layihəni gələcəkdə daha da artırmalı belə tədbirləri kənd yerlərində valideynlərlə birlikdə keçiriləcəyini bildirdi. Bu layihıyə uyğun keçirilən tədbirlər tərəfimizdə xüsusi hazırlanacaq kitabda öz əksin tapacaq. Hələlik bizim tədbirlərmiz internet portallarında yer alır. Tədbir Rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin işçiləri, Quba rayon Gənclər və İdman idarəsi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Qubada yeni yaranmış "Azad Könüllülər" klubunun heyəti  və rayonun təhsil ocaqlarının tələbələri və fəal gənclərin yüksək fəallığla keçmişdir.

17 Ekim 2012 Çarşamba

Memati Mel Gibsonla eyni filmdə



Memati Mel Gibsonla eyni filmdə



Əfsanəvi “Kurtlar Vadisi” serialının və filmlərinin əsas qəhrəmanlarından olan Memati obrazı ilə məşhurlaşan, ötən mövsümdə filmdən ayrılan aktyor Gürkan Uyqun yeni rollara dəvət alıb. Bu yaxınlarda uşaq filmində rol alan aktyor “Çanakkale - Yolun Sonu” adlı tarixi filmə çəkiləcək. Filmin rejissorları Sərdar Akar və Kamal Uzundur. Gələn il martın 18-də (Çanaqqalanın işğaldan azad edildiyi gün) nümayiş olunması planlaşdırılan ekran əsərinin büdcəsi 20 milyon dollardır.
Ən maraqlı məqam ondadır ki, filmə Hollivuddan da aktyor dəvət olunub. Bu, Oskar mükafatçısı Mel Gibsondur.
 Mənbə:  BİG.AZ

14 Ekim 2012 Pazar

"AZAD KÖNÜLLÜLƏR" İN TƏQDİMATI.

Quba rayon Mərkəzi kitabxananın oxu zalında Qubada fəal gənclərdən ibarət fəaliyyət göstərən "Azad Könüllülər" qrupunun rəsmi təqdimat mərasimi keçirilmiişdir. Təqdimatda klubun loqosu və banner (bayraq) kecdiyi kiçik həyat yolu qısa reklam çarxında nümayiş etdirildi.Təqdimatda giriş sözü ilə çıxış edən klubun rəhbəri Mehman Məmmədov klubun məqsədi və fəaliyyəti barədə dinləyicilərə qısaca məlumat verdi.Klubun təsisçilərindən olan Asif Oruclu klubun yaranmasının tarixindən, klubun gələcəkdə həyata kecirəcəyi layihələrdən, gənclərin intelektual biliklərinin yüksəltmək üçün klubda yaradılmış bölmələrdən və bölmə rəhbərlərinin işlərindən geniş açıqlama verdi.
Bundan başqa təqdimat mərasimində iştirak edən Quba Rayonu Gənclər və İdman idarəsinin rəis müavini Mənsur Ağayev, rayon Təhsil şöbəsinin metodisti Şixəmməd Seyidməmmədov, "Şəfəq" qəzetinin fotomüxbiri Nazim Məmmədo, “Yurd” Gənclərin İntellektual İnkişafına dəstək İB-nin sədri Ramin Mahmudov və başqa iştirakçılar çıxış edərək klubun rəhbəri Mehman Məmmədov və ona bu işində yardımçı olanlara öz xeyr dualarını verdilər. 
               Xatırlatmaq üçün qeyd edək ki, Əvvəllər Quba-Azəri_TAT adı ilə fəaliyyətə başlamış klub adını dəyişərək "Azad Könüllülər" adlanıb.
“Azad Könüllülər Klubu”nun əsas məqsədi gəncləri ictimai fəaliyyətə həvəsləndirmək, gənclərin istedad və bacarıqlarını üzə çıxarmaq, gənclərin maarifləndirilməsi, gənclərin liderlik və digər qabiliyyətlərinin inkişafına şərait yaradılması, bölgələrdə turizmin inkişafını dəstəkləmək, Azərbaycanda mövcud olan etnik qrupların mədəniyyətinin təbliğ edilməsidir.İdarə heyıtinin qərarı ilə bundan sonra klub ayda bir və yaxudda iki dəfə toplaşıb irəli gələn problemlərin müzakirəsini keçirəcək. Hal- hazırda qrupun 100- ə yaxın üzvü var.
Tədbirin sonunda qrup üzvləri internet şəbəkəsindəki yaradılmış sayta yerləşdirmək üçün reklam çarxı və kollektiv şəkil çəkdirdilər.

13 Ekim 2012 Cumartesi

Məni düşündürən məsələ

Qubada gənclər evi tikilr. Gənclər evi iki mərtəbədən ibarət olacaq. Burada gənclər üçün akt zalı, kitabxana, kinoklub və s. gənclər üçün intelektual təfəkkürünü inkişaf etdirən başqa şəraitlərdə olacaq. Əsası odur ki, binanın  I mərtəbəsində isə idman zalı fəaliyyət göstərəcək.

9 Ekim 2012 Salı

Özünə inananın axırı








O, hər dəfə böyük həvəslə yazdığı ssenariləri rejissorlara aparır, ancaq hər dəfə də eyni cavabı, yəni, “yox” cavabını alaraq geri qayıdırdı. Kim bilir, bu vaxta qədər bu cavabla onun üzünə neçə qapı bağlanmışdı.
Üstəlik, bir yox, iki yox, düz 50 Hollivud rejissoru ona yaxşı yazıçı olmaq üçün istedadı olmadığını demişdi. Ancaq o həm özünə, həm də öz istedadına inanırdı. Həm də elə bir şəraitdə ki, bu şəraitdə az qala bütün Hollivud rejissorları onu yazıçılıq fikirindən daşındırmağa çalışırdı. Ancaq o heç vaxt bezmədi və bezmədən də yazmağa davam etdi. Rejissorların pis yazıçı olmaqda “günahlandırdıqları” bu adamın adı Silvester Stallone, pis ssenari olmaqda “günahlandırdıqları” bu əsərin adı isə “Rokki” idi. Həm də Silvester Stalloneni Hollivudun zirvələrinə qaldıran “Rokki”...

ALMA BAYRAMI

Hər bir yeri məşhurlaşdıran onun tanıdan meyvəsi var. Göyçayın narı, Lənkəranın Limonu, Şəkinin ipəyi Qubanında Alması. Bu meyvələr eyni zamanda həm rayonun simvolu həm də onun var- dövlətidir. Onun üçün bunların dəyərini bilib bunaların nüfuzunu ucaltmaq lazımdır. Bu da rayonun iqtisadiyyatında,onun  inkişafında əvəzsiz fayda verir. Bunları şöhrətini qaldırmaq üçün rayonlarda müxtəlif bayram, xüsusi günlər və s. Qeyd olunmalıdır. Onlardan biri də Qubada keçirilən ALMA bayramıdır. Bu münasibətlə Qubada Qubanın əziz simvolu olan Alma bayramı keçirilmişdir. Mərasim əsl bayram ab havası ilə təşkil olunmuşdur.

4 Ekim 2012 Perşembe

ELAN

Qubanın təhsil işçiləri,haqda kitab hazırlanır. Kitab geniş və hərtərəfli formada çap olunacaq. Sizin əmək fəaliyyətinizi, həyatınızı, həyatınızla bağlı hər hansı məlumatı və şəkillərinizi  kitabda yerləşdirmək istəyirsinizsə Quba rayon təhsil şöbəsinə metod mərkəzinə müraciət edə bilərsiniz. Əlaqə tel:  (023) 5- 26-31 Əlaqə telefonu  (050)  489 -97-15.

2 Ekim 2012 Salı

Alma bayramının proqramı


Qubada ALMA  bayramınn qeyd olunacağı artıq təsdiq olunub. Bununla bağlı Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi açıqca və dəvətnamələr hazırlanıb. Oktyabrın 6-da keçiriləcək bayram tədbirlərinin proqramıda cap olunub hazırlanıb. Həmin proqramı sizin üçündə qeyd edirik.


  • Tədbir iştirakçılarının H. Əliyev prospektindın "Quba meydanı" na qədər yürüşü. Saat 11:00

  • "Quba meydanı" nda almadan hazırlanmış müxtəlif təamlarla və alma növləri ilə tanışlıq.

  • Tədbirin açlış mərasimi

  • Valideyn himayəsindən məhrum olan gənclərin nigah mərasiminin təşkili.

  • Müxtəlif alma növləri ilə yüklənmiş karvanın "Quba meydanı"ndan keçidi.

  • "Quba meydanı" mədəniyyət və istirahət parkında xalçaçılıq, dulusçuluq, misgərlik sənət nümunələri, sərgilər və rayonda yaşayan azsaylı xalqların folklorunun, mətbəxini və həyat tərzinin əks etdirən bölümlərlə tanışlıq, kəndirbazların və güç pəhləvanların çıxışları.

  • Qonaqlara hədiyyələrin təqdim olunması.

  • "Quba" şadlıq sarayında toy şənliyi. Saat 15:OO- 18:00

  • Bayramla əlaqədar  "Quba meydanı" nda konsert proqramı. Saat 18:00- 20:00

  • Bayram atəşfəşanlığı

1 Ekim 2012 Pazartesi

Məktəb direktorlarına cərimə


Müəllimlərə bildirilb ki, hər bir müəllim təcili olaraq tibbi müayinədən keçib tibbi- müayinə kartı almalıdır. Tibbi müayinədən keçməyən müəllimlərə görə məktəb direktoru 500 manat cərimə olunacaq. Buna görə də rayon poliknika şöbələrində adam əlindən tıxac yaranıb. Bunun üçün məllimlər 9 man ödəməklə Beynəlxalq bankın yerlərdəki filiallarından müvafiq qebz almalıdırlar. Bu işlərin hamısı məktəb direktorlarının şəxsi təşəbbüslüyü ilə aparılır. Bundan sonra müəllimlərə tibbi kart veriləcək. Bu kartlar müəllimlər təqaüdə çıxana qədər olan müddətdədək etibarlı olacaq.Bu cərimə məbləğinin bəs niyə bu qədər baha olduğunu öyrəndik. Rayon Gigiyena- Epidemiologiya şöbəsindən bildiridilər ki, bu qərar artıq iki ildir ki qüvvədədir. Buna baxmayaraq məktəblərdə tibbi - müayinə kartından istifadə olunmur. Bu prosese tez bir zamanda keçilməsi üçün geçikən, bu qərarı icra etmeyen müəllimlər bu məbləğdə  cərimə olunacaqlar.

Qed edek iki,Səhiyyə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə və Ədliyyə Nazirlikləri ilə razılaşdırılmış təklifinə əsasən, Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 saylı qərarı ilə “«Tibbi müayinə kartı» sisteminin tətbiqi Qaydaları” təsdiq edilib. Bununla əlaqədar Səhiyyə Nazirliyi tərəfindən Tibbi müayinə kartı sisteminin tətbiqinə başlanıb. Həyata keçirilən sistemin məqsədi müayinə prosesinin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazalarının yaradılmasıdır. bu qərar 2006- cı ildən cıxarılsada bu ildən 2012- ci ildən icrasına start verilib.