Rayon mərkəzindən uzaq bir dağ kəndin gündəlik həyatından biri
idi. Həmişəki kimi işsiz gənclər tində dayanıb biri-birilərinə "nağıl" danışır,
ağsaqqallar isə tarixi qədim olan köhnə kənd məscidinin qarşısına yığılıb
indiki dövür üçün itib getməkdə olan mentalitetdən danışırdılar.
Kənddə avtoşluq edən Vidiş
avtomobilnın maqnitofununa yüksək səslə qoyduğu mahnı ilə gün ərzində aşağı- yuxarı
şütüyürək kənd yollarındakı tozu ərşə qaldırırdı. Vidişin atası məmur olduğu
üçün ona kənddə hərəkətlərinə görə söz deyən tapılmırdı.
Kənddə ən
pis vəziyyət isə axşamlar olurdu. Yuxusu ərşə cəkilən, əlindən normal bir iş gəlməyən
kənd uşaqları axşamlar məscicidin arxasına yığışar, ibadət ocağının yanında dinə,
əxlaqa zidd hərəkətlər edirdilər. Bunun ən pis tərəfi isə bu tüfeyli uşaqların
səs-küylü gecə saatlarına qədər davam etməsi idi. Bir sözlə, kənddə
ağsaqqalların dediyi kimi "əvvəlki bərəkət" yoxa çıxmışdır.
Yenədə kənd ağsaqqalları yığışaraq bir yerdə idilər.
Bu zaman kimsə onlara "Rüstəm gəlib" deyə xəbər verdi. Bu xəbəri eşidən qocalar narazılıqla
deyinə- deyinə dağılışıb getdilər. Rüstəm haqqında eşidən qocalardan biri: “Yenədə gəldi, kiminsə qanına qəltan etməyə”. deyərək yığışdığları yerdən uzaqlaşdılar.
Bir az da Rüstəm haqda.
Bu Rüstəm o
Rüstəm idi ki, təxminən 10 il bundan qabaq Rusiyaya getmiş orada alver edərkən
rus reketlərinin qəzəbinə gəlmiş, dava salıb bir rusu bıcaqla yaralayaraq qaçıb aradan
çıxmışdır. Doğma rayonuna gələndə isə narkotika üstündə həbs olunmuşdur.
Ömürünün 5-6 ilini "içəridə" yatıb azadlığa buraxılan Rüstəm məhbəsdə yatdığı
zaman çıxmamışdan öncə özünə yüksək ad-san qazana bilmişdir.
Qocaların dağılışıb evinə getməsinə səbəb Rüstəmin
məhəllənin tininə çıxması idi. Rüstəm evdən cıxıb birinci olaraq dükana getdi. Dükana
girib nisyə dəftərində olan bir-iki tanışının borcunu sildirdi. Bu dükancı üçün
gözlənilməz hadisə idi. Bu zaman yanlarından sürətlə qırmızı Vaz 21-099 kecib
20 metr aralıda saxladı. Rüstəm bu mənzərənin şahidi olub Vidişı hərəkətinə görə
onu “başa salmaq üçün" dükandan çıxdı. Ilk dəfə sərt baxışlı belə adamla qarşılaşmaq Vidiş
üçün hec də xoş deyildi. Rüstəm sözünü deyib Vidişdən uzaqlaşdı.
Rüstəm az-şox kənddəki əyrilikləri tədricən düzəltdi. Kəndin hər işində ağsaqqallar ilə məsləhətləşən Rüstəm
artıq kənd camaatı ilə qaynayıb qarışdı. Bir sözlə kənd həyatını qaydaya saldı.
Ən yaxşısı isə kənddəki müqəddəs ibadətgah olan qədim
məscidin ətrafı sakit idi. Kəndə bərəkət gətirən Rüstəmin sayəsində cox güman
ki, bu müqəddəs ocaq öz qapısını mömin bəndələrinin üzərinə açsın.
Hiç yorum yok:
Yorum Gönder