Son vaxtlar nəsə yoxlama sözünü tez-tez eşidirik. İdarə
və təşkilatlarda yoxlamaların olması yaxşı haldır. Yoxlama olan təşkilatda
şəffaflıq və obyektivlik daha da qabarır. Bunu həmişə yaxşı adlandırmaq düzgün
olmaz. Yoxlamanın tez-tez gəlişindən istifadə edib, bundan öz işləri üçün
məharətlə istfadə edənlərdə olur. Cox qəribədir ki, yoxlamanın tez-tez təşrif
buyurmasından istifadə edənlərin arasında məktəb, təhsil müəssisələri kimi
bilik ocaqlarıda olur.
Bu şimal regionun məktəblərin birində olmuş
əhvalatdır. Bunun hansı məktəbdə olduğunu qeyd etməyə ehtiyac yoxdur. Cünkü bu
prosese respublikanın əksər məktəblərində baş verir.
Təhsildə aparılan son islahatlar təhsil
kontengentini məcbur edir ki, yeniliyi qəbul etsin, yeni qaydalar üzrə təhsilin
keyfiyyətini yüksəltsin. Bunu ücündə ən yaxşısı kurikulum deyilən yeni dərs metodudur.
Artıq 7 ilə yaxındır ki, bu metoddan istifadə olunur. Amma buna baxmayaraq hələ
bu yeni dərs üsulunu mənimsməyənlərdə var.
Elə bununla bağlı məktəblərə yoxlama
gəlir, bu metodun necə tədris olunması ilə maraqlanıb dərslərdə iştirak edir,
işini yaxşı bilənlərə xoş sözlər deyib təriflənir, işinin öhdəsindın gələ
bilməyənlər isə tənbeh edilir, onlar üçün yeniden attestasiya keçiriləcəyi ilə
xəbərdarlıq edir.
Yenədə məktəbə rəhbərlik tərəfindən yoxlama
gələcəyi ilə bağlı xəbər yayılır. Bu yoxlamanın hardan gəldiyini, hansı
Nazirliydən təşrif buyuracağını sıravi müəllimlər üçün hecbir mənası yoxdur.(Yeri
gəlmişkən deyim ki, bu yoxlamalar təkcə Təhsil Nazirliyi
tərəfindən gəlmir) Onsuzda onlar işlərini qabaqcadan hazır tutmuşdular.
Direktor
adəti üzrə yenədə müəllimlərə yoxlama haqda məlumat verir: “Bu gələn Yoxlama əsasən aşağı siniflərdə
olacaq, “-- İbtidai sinif müəllimləri sizin sinifnizdə oturacaq, Kurikulumdan
necə dərs deyirsinizsə dinləyəcək! Digər müəllimlər sizin isə fakültətif
jurnallarınız yoxlanacaq, qaydaya salın!” Bu direktorun müəllimlərə ciddi
xəbərdarlığı idi.
Sonra direktor yumşalıb mərhəmətli görkəm alıb
deyir: “Bilirsiz mən bilirəm bu yoxlamadan coxlarınız kecmiyəcəksiniz.
Əksəriyyətiniz attestasiyaya cəlb olacaqsınız, Amma bununda cıxış yolu var. Mən
yoxlamanı başa sala bilərəm. Bunu üçün də sizdə mənə kömək etməli olacaqsınız. Vəziyyətinizi başa düşürəm, çox demirəm adama 50 AZN-lə bu işi həll etmək olar”.
İşində hec bir xəta olmasını istəməyən, kuruikulum
bəhsini qismən mənimsəyən, sonradan belə zamanda işsiz qalmasından qorxan müəllimlər
buna carəsiz razı olurlar. Təhsil işciləri üçün maaş hesablanmayan ayda evdən,
xərc-borc edərək hər müəllim 50 Azn düzəldib direktora "köməlklik edirlər". Bununlada məktəbə
təşrif buyurmuş yoxlamanın qarşısı alınır.
Özünü o yerə qoymayan direktor müəllimlərə də şad
xəbər verməkdən qalmır. “Yoxlama bizim məktəbə gələsi olmad, o biri məktəbə
gəlib”.
Bəzi müəllimlər düşünürlər ki, bu olmayan yoxlama
bəlkə məktəb direktorlarının uydurmasıdır.
Hiç yorum yok:
Yorum Gönder