Etiketler

9 Eylül 2014 Salı

QUBADA MÜƏLLİMLƏRİN KONFRANSI

Sentyabrın 9 da Quba rayonu Gənclər Mərkəzində Təhsil işçilərinin 2013\14 cü ilin yekumlarına həsr olunmuş konfransı oldu.

 Konfransda çıxış edən Quba rayon Təsil şöbəsinin müdüri Yusif Abidov cari ilin yekunlarından, yeni təmir olunmuş məktəblərdən, keçən dərs ilində qazanılan naliyyətlər və ortaya cıxan problemlərdən xəbər verdi.

 Hesabat məruzəsi ilə çıxış edən Yusif müəllim bu ilki nəticəni keçən illə müqayisədə o qədərdə fərq etmədiyini bildirdi. Ali Təhsil müəssisələrinə qəbul olunan məzunlar haqqında məlumat verən Rayon TŞ- nin müdürü onların sayı bu il 305 nəfər olduğunu qeyd etdi.

 Burada ən əsas məsələ Quba Rayonu 3 saylı məktəbin məzunu Vahid Mustafayevin məktəbi qızıl medalla bitirməsi və 670 bal toplayaraq Neft Akademiyasına qəbul olunması xüsusi qeyd olundu.
 Yeni təhsil ilində  müəllimləri nə gözləyir? Bu suallara açıqlama verən Yusif müəllim VII siniflərə Kimya dəsinin salındığı, VIII sinifdən isə məktəblərdə əlavə dərs kimi "Qarabağ Tarixi" tədris olunacağını bildirdi. Konfransada Azərbaycan Respublikası TN-nin şöbə müdüri Fərzəli müəllim iştirak etsədə dərs ilinin uzadılması barədə maraqlanıb sual verən olmadı.

 Tədbirdə cıxış edən Quba RİHB Mübariz Ağayev "Rayonda belə yüksək səviyyədə tikilmiş tədris müəssisələri olduğu halda nəticələr gözlənilən deyil" deyərək fikirini bildirdi. "Ən problemlisi odur ki, yeni tikilib istifadəyə verilmiş məktəblərdən hec bir nəfərdə Ali məktəblərə qəbul olunmayıb" deyə öz iradını bildirdi..

Tədbirə təşrif buyuan eks Təhsil Şöbəsinin müdüri Süleyman Aslanovun zala daxil olması alqışlarla qarşılandı.  
Konfransın sonunda rayonun təhsilində fəallıq göstərən müəllimlər RİHB- sı tərəfindən mükafatlandı. Qızıl medalın sahibinə isə nootbuk hədiyyə olundu.

 

Hiç yorum yok:

Yorum Gönder