Etiketler

25 Ekim 2014 Cumartesi

AXIR Kİ TAPDIM

         

Coxdan fasilə vermiş bloguma kitab oxumaq və onun fəziləti haqqında ya verməklə bu fasiləyə son qoymaq qərarına gəldim. Əslində mənim kitab oxumağın xeyri və onun müsbət cəhətləri haqqında geniş yazmaq fikirim yoxdur. Sadəcə mütaliyənin insan savadlanmasına, dünya görüşünün artmasına faydasını bir əhvalatla bildirmək istəyirəm. 


İşimlə əıaqədar olduğu üçün C.Məmmədquluzadənin “Niyə məni döyürsünüz?” 
(http://www.adalet.az/w6103/N%C4%B0Y%C6%8F_M%C6%8FN%C4%B0_D%C3%96Y%C3%9CRS%C3%9CN%C3%9CZ/)
fleytonu ilə bağlı Şimal bölgəsinin bir rayonun  mərkəzi kitabxanasına yollandım.


 Kitabxananın girişində qapıçıya gəlişimin məqsədini bildirdikdən sonar o məni kitabxananın əsas fonduna (zalına) ötürdü. Fondda iki gənc xanım masanın ətrafında əyləşıb ortaya qoyulmuş cərəzdən ara-sıra ağzına ataraq nədənsə  söhbət edirdilər. Yaxınlaşıb salam verdikdən sonar Mirzə Cəlilin adı çəkilən  fleyton tipli əsərini götürmək istədiyimi bildirdim. Kitabxanaçı xanımlardan biri  gözlərini mənə  dikib Mirzə Cəlilin belə əsəri olmadığını bildirdi. 

Fikirləşdim ki, bəlkə müsahibim əsərin adını düz başa düşməyib. Bunun üçün istədiyimi ikinci dəfə təkrar etməli oldum. 





O da cavabında   israrla bildirdi ki, 
C. Məmmədquluzadənin belə adda əsəsri yoxdur.  O nəsə fikirləşib yumşaldı. Öz fikirini dəqiqləşdirmək üçün yanındakı həmkarındandan belə əsəsr haqqında eşidib-eşidmədiyini  soruşdu. Təəssüflər olsun ki, o da başını sağa- sola cevrərək belə əsər haqqında hec vaxt eşitmədiyini bildirdi.

 Elə bu arada kitabxanaya milliyətcə rus olan iki qadın gəldi. Yanındakı qızın təxminən  17-18 yaşı olduğunu desək güman olunur ki, ana- baladırlar. Qızı lazım olan kitabı sifariş verib gözləməyə başladı. Bu zaman kitabxanaçı xanım mənim israrımı görüb belə bir əsəsrin olub-olmaması barədə kitabxananın ikinci mərtəbəsindəki həmkarından soruşdu.   Ən qəribəsi o idi ki, onlarda “yuxarıdan”  YOX cavabını aldılar. Bütün bunları müşahidə edən yanımdakı  rus qızı təmiz azərbaycan dilində  dilləndi: “O əsər Cəlil Məmmədquluzadənin 5- ci cildindədir”. İşçilərdən biri dinməz-söyləməz V cildi gətirib açdı. Yazı da yerində idi.

Kitabı götürüb bir az sevinc, bir az da təssüf hissi  ilə kitabxanadan uzaqlaşdım.

Hiç yorum yok:

Yorum Gönder