Etiketler

27 Ocak 2014 Pazartesi

Müğənni Məhəbbət Kazımov vəfat etdi.

Modern.az saytı xəbər verir ki, Azərbaycanın tanınmış müğənnisi Məhəbbət Kazımov dünyasını dəyişib.

Qeyd edək ki, özü telekanallardakı verilişlərin birində də çıxışı zamanı həkimlərin ona 3 ay vaxt qoyduğunu demişdi. 


M.Kazımov yanvarın 27-de 11:03-də keçinib. Çağırışla mərhumun yaşadığı ünvana gəlmiş Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həkimləri onun həyatını xilas edə bilməyib.
Qeyd edək ki, müğənninin təzyiq və şəkər xəstəliyindən əziyyət çəkidiyi bilirilib.

M. Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Musiqi təhsilini Asəf Zeynallı adına Musiqi Kollecində alıb. 2012-cin ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

"Laçın" instirumental ansambılının rəhbəri kimi tanınıb. 

Məhəbbət Kazımov Xırdalan qəbiristanlığında dəfn olunacağı bildirilir.

Üç övlad atası idi.

Allah rəhmət eləsin.


modern.az/

Hiç yorum yok:

Yorum Gönder