Qış tətili
başa çatdı. Müəllimlər bundan sonra məktəblərə qayıdaraq hələ də bayram ab-havası
beyinlərindən getməyən şagirdlərin kefinə soğan doğrayacaqlar. Burada şagirdlərə verilən
qısa tətil gününü tənqid etmək fikirim yoxdur. Əsas məsələ isə müəllimlərlə
bağlıdır.
Nə qədər
vaxtdır ki, təhsilədə aparılan islahatlar bizə təhsilin keyfiyyəti haqqında dərindən düşünməyə imkan verir. Təhsil
haqqında qanunlar qəbul edəndə isə müəllimlər nəzərə alınmayıb.
Ümumiyyətlə
hər bir təhsilin yaxşı olması onu tədris edən məllimdən aslıdır. Bunun üçündə
müəllimlərə də işləmək və asudəlik üçün
şərait yaradılmalıdır. Müəllimin də adi vətəndaş kimi dərsdən kənar, və yaxud
dərsin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı işi ola bilər. Bir az da açıqlasaq müəllim hansısa
bir məmurun qəbuluna, və yaxudda sağlamlığının qayğısına qalmaq üçün həkimə
gedə bilər. Məktəb işi dövlət işi ilə birgə paralel olduğu üçün müəllim öz
işinin dalınca gedə bilmir. Əgər getsə o dərsi buraxmalı olacaqdır.
Müəllimlərə
verilən yalnız Payız tətilidir ki, onda da
işini düzüb qoşmaq üçün boş vaxt
tapmaq imkanı o qədərdə yetərli olmur.
Hələ bu da
azmış kimi təhsil yükünün artırılması zəhmətkeş müəllimə bir az əlavə yük,
tənbəl şagirdə isə əzab gətirəcəkdir. Baxmayaraq dərs yükü 18 saatdan
hesablanacaq.
Mənim təhsil aldığım dövr sovetin t'hsili idi. O dövrün
təhsili ilə hec bir repititor yanina getmədən Ali Təhsil diplomunu qazandım. Bayramı
bayram, tətilidə tətil. Özüdə köhnə kənd məktəbində.
Mənə elə gəlir
ki, indiki dövürdə maraq təhsilə yox məktəbədir. Necə deyərlər: “Keyfiyyətə
yox, kəmiyyətə” daha bu barədə çox yazmaq istəmirəm. Yəqin qalanını anladız...
Bunu yazmaqda
səbəb o oldu ki, işlədiyim təhsil müəssisəsində iki müəllim hələ də iş yerinə
qayuıtmayıb...
Hiç yorum yok:
Yorum Gönder