UZADILMIŞ DƏRSLƏR
Bu tədris ilindən dərs
saatlarının miqdarı artıralaq iyun ayının 14-ə kimi davam etməsi təsdiq olunub. Dərs saatların miqdarı 4 həftə artralaraq 32 saatdan 36 saata qədər uzadılacaq.
Əvvala onu deyim ki, məsələdən xəbəri olan
əksər ziyalı təbəqə dərslərin uzadılması məsələsinin birmənalı deyillər. Bu məsələni
hərə özünə görə bir cür izah edir.
Dərs saatlarının uzadılması ilə bağlı qarşılaşdığımız bir
nece problemi nəzərdən kecirək.
Bu məsələnin əsas tərəfi şagirdlərin elə mart
ayından dərslərdə bütöv sinif halında iştirak etməməsidir. Söhbət yuxarı
siniflərdən gedirsə sinifdə olan bir necə şagird repetitior yanına yollanırsa, yerdə
qalanlari isə “artıq ilin axırıdır bir təhər yola verərik” anlayışından
istifadə edirlər.
Ikinci bir məsələ kənd yerlərində may ayının
15- dən sonra meyvə yığımı dövrüdür. Meyvə yetişən kimi təhsilə
barmaqarası baxan valideyn uşaqlarını meyvə yığımına səfərbər edəcək. Onu deyim ki, işlədiyim
kəndin əsas gəliri gilas olduğundan mayın ilk ongünlüyündən başlayaraq canlanma hiss olunur. Kənd camaatı illik ruzisini meyvə yığımından qazandığı üçün kənd məktəblərində şagirdlərin dərsdən yayınma halları adi haldır. Belə ki valideyn ailə büdcəsini məhz təssərrüfatdan qazandığı üçün övladlarını fiziki əməyə cəlb etməyə məcburdur.
Üçüncü bir məsələ rayon yerlərindən uzaq
məsafədə dərs deyən xeyli sayda müəllim kontengenti var. Müəllimlər özlərindən
əlavə pul xərcləyərək gedişhaqqı ödəməli olacaqlar.
Təhsilə gətirilən yeni qayda-- kurikulum tələb
edir ki, hər mövzunun axırı, ayda ən azı 2 dəfə sınaq test yoxlaması
keçirilsin. Buda müəllimlər üçün bir zəhmətdir. Bəzi məktəblər var ki, onlar
texnologiyanın son naliyyətləri ilə tam təmin olunmayıb. Belə məktəblərin bir
necəsində testləri hazırlamaq üçün müəllim şagirdlərdən pul yığır. (Bu barədə
saytlarda cox yazılıb). Gəlib belə vaxtı şagirdlərdən pul yığmaq valideynlərin
haqlı narazılığına səbəb olacaq. Təəssüflər olsun ki, bu günə kimi kurikulum tədrisi ilə bağlı məktəblər tam təmin olunmayıb.
Dərs yükün uzadılması həm də bütün günü asfalt
yolların kənarında dərsə gedib, dərsdən gələn məktəlilər üçün təhlükə
mənbəyidir.
Yay tətilin vaxtında yəni iyun ayında
başlaması müəllimlərdə il boyu ərzində yaranmış ümumi yorğunluq hissini atması
üçün daha münasibdir. İsti yay günlərində 45 dəqiqə dərs demək həm müəllim, həm də şagird üçün əliverişli deyil.
Yayda həm isti, həmdə zehni əməkdən yorulan müəllim
qohumları ilə bir vaxtda istirahətə getməsi qeyri-mümkün olacaq. Müəllim dərslərin başa catmasını, summativlərin yazılmasını, imtahanların nəticələrinin bəlli olmasını və jurnalları təhvil verilməsini gözləyənə qədər əlavə vaxt itkisinə gətirib çıxaracaq. Belə vəziyyət iyul ayının 15-ə qədər yekunlaşacaq.
Onu da deyim ki, yaxşı işlımək üçündə yaxşı istirahət lazımdır.
Hər il məktəb və başqa təhsil ocaqları inşa etməklə təhsilə dəyər verən dövlətimiz təhsilin kəmiyyətinə yox,
keyfiyyətinə fikir versə daha yaxşı olar.
Hiç yorum yok:
Yorum Gönder