Etiketler

21 Haziran 2014 Cumartesi

SUYA DUYULAN EHTİYAC


Qubada xeyli vaxtdır axşamlar saat 22-30, bəzən 23-00 dan sonra rayonun cox hissəsində içməli su kəsilir. Birdə səhər saat 7, bəzənde 7-30 suyu açırlar. Bu hal rayon əhalisi arazında narazılığa səbəb olur. Rayonun Xeyrulla adlı yaşlı sakini isə suyun nəin ki, səhər 7 də, bazən gündüz saat 10, 12- yə kimi suyun gəlmədiyini bildirir. Başqa bir sakin  isə suyun daha tez saat 21-00, 21-30 radelerinde kəsildiyini bildirdi.



 Bu məsələni öyrənmək üçün Qubanın Dəvədabanı adlı yeni salınmış massivindəki su çəkilişi ilə məşğul olan  kollektivə nəzarət edən mühendisə yaxınlaşdıq. Adını soruşmadıqsada sudakı fasilənin səbəbini soruşduq. Mühendis sakinlərin dediklerini boş şey adlandırsada suyu bir vaxtda bağlayıb eyni vaxtda acdığını etiraf etdi. Buna səbəb suyu vuran motorların gecələr işləyəb qızmaması üçün etdiklərini bildirdi. Mühəndisə bunun nə vaxta qədər davam etdiyini soruşduq, daha ətraflı izah etdik ki," Qarşıda müqəddəs Ramazan ayı gəlir. Camaatımız oruc tutacaq. Bunun ücün suyun olması daha vacibdir". Mühəndis cavab verdi ki, "mən Texno-Atinak MMC- in işçisiyem. Gedin o barədə Azer sudan soruşun". 

Həftənin şənbə günü olduğu üçün məsələni öyrənə bilmədik. 

Ola bilsin Quba Azersu ASC bu məsələni həll etsin. Necə olsada qarşıdan  Müsəlmanların oruc tutduğu Müqəddəs Ramanzan ayı gəlir. Oruclu vaxtı su içilməsədə yene ehtiyac vardır.

Hiç yorum yok:

Yorum Gönder