Azərbaycan şahmatına ağır itki üz verib.
Oxu.Az Azertac-a
istinadən xəbər verir ki, Yanvarın 11-i gecə saatlarında istedadlı Azərbaycan
şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar
Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda
anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq
siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə
qərarlaşıb.
2009-cu ildə Azərbaycan yığmasının heyətində
Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən
İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin
qalibi olub.
Qeyd edək ki, Vüqar Həşimov uzun müddət idi
ki, başındakı şişdən müalicə olunurdu, dövlət xətti ilə Almaniyada bir
neçə dəfə əməliyyat olunmuşdu.
Allah rəhmət eləsin!
Hiç yorum yok:
Yorum Gönder