Qubada Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyi, “Uşaq və Gənclərin İnformasiya Texnologiyaları Sahəsində Maarifləndirilməsinə
Dəstək” (UGİTSMD) İctimai Birliyi tərəfindən təşkil olunmuş “İKT inkibatorları:
İKT texnologiyaları sahəsində gənc mütəxəssislərin hazırlanması və
laboratoriyaların yaradılması” layihəsi çərçivəsində kompyuter biliklərinin təkmilləşdirilməsi mövzusu
üzrə təlim kursu keçirilib.
Təlimdə həmçinin
kompyuterin tərkibini təşkil edən hissələr haqda ümumi məlumat verilib.
Kompyuterlərin yığılması: əməliyyat sistemlərinin quraşdırılması, lokal şəbəkə
üçün kabellərin hazırlanması və şəbəkənin quraşdırılması, əməliyyat sistemlərinin
təkmilləşdirilməsi qaydaları əyani olaraq göstərilib.
Təlimdə gənclər
təlimçi müəllim Rauf Abdullayevin nəzarəti altında lokal şəbəkə üçün kabellərin
hazırlanması və şəbəkələrə quraşdırılmaq prosesini praktik olaraq nümayış ediblər.
Təlimdə kompyuter avadanlıqları və ehtiyat hissələrindən əyani olaraq istifadə
edilməsi gənclərdə İKT texnologiyalarına olan
marağı və həvəsi bir az da artırıb.
UGİTSMD
İctimai Birliyinin sədri Rüstəm Əliyevin bildirdiyinə görə təlimin keçirilməsində
məqsəd gündəlik həyatımızın çox hissəsini əhatə edən kompyuterlərin tərkibi ilə
yaxından tanış olmaq, lokal şəbəkə üçün kabellərin hazırlayıb internete
qoşulmaq və bununla bağlı İKT problemlərini göstərməkdir.
Rüstəm müəllimin
dediyinə görə bu son kurs olmayacaq, “İnşallah qarşıda İKT-ilə bağlı daha geniş təlim
gözlənilir”.
Hiç yorum yok:
Yorum Gönder