Etiketler

31 Mayıs 2013 Cuma

SON ZƏNG - in LƏZZƏTİ

2013- cü ilin  “Son Zəngi” də çalındı. Düz 11 il qorxa-qorxa ilk dəfə məktəbə gedən məzunlar bu gün öz partalarını, öz siniflərini, öz məktəblərini gülə- gülə, cəsarətlə tərk edirlər. 

Bu il məktəblilərin istəyi ilə rayonun kənd  məktəblərini birinə dəvət aldım. O kəndə tez-tez yolum düşdüyündən məktəb kollektivini və şagirdlərini əyani tanıyırdım. 

29 Mayıs 2013 Çarşamba

TÜRK ŞƏHİD MƏZARI


1917- ci ildə Rusiyada çevriliş baş verdi. Bundan istifadə edən çar Rusiyasının tərkibindəki xalqlar öz müstəqilliyinə qovuşdular. Azərbaycanın var- dövlətini,  onun sərvətini  əllərindən buraxmaq istəməyən bolşeviklər Azərbaycanı idarə etmək üçün müvəqqəti Şura olan Bakı Sovetini yartdılar. Onun rəhbəri milliyətcə erməni olan Stepan Şamuyan oldu. S.Şamiyan Azərbaycanda mövcud olan dövlətşilik ənənlərini ləğv etmək, Müsavat partiyasının dayaqlarını zəiflətmək  üçün azərbaycan xalqına qarşı milli soyqırım həyata keçirdi. Bu soyqırım Şamaxı, Quba, Kürdəmir və Lənkıran qəzalarında baş verdi.


Azərbaycan xalqının bu günündə özünü qardaş köməyinə yetirən Nuru Paşanın başçılıq etdiyi “Qafqaz İslam ordusu” qısa bir zamanda erməni-daşnak qoşunlarının  törətdiyi  qırğınların qarşısını aldı. Onların layiqli cəzasını verdi. 

Bu savaşda da türk qardaşlarımız xeyli şəhid vermişdilər. Şəhid olan əsgərlər İslam qaydalarına uyğun olaraq şəhid olduğu yerdə dəfn olundular. Onların dəfn olduqları məzarlıqlara Respublikamızın bir çox yerlərində rast gəlmək olur.  Onlardan biri də Quba rayonun İqriq kəndidədir.



2012- ci ilin noyabr ayını 22-də  rayona  səfər edmiş Türkiyənin Azərbaycandakı səfiri Coşqun Alper şəhid məzarlığının açlıışında iştirak etmişdir.

28 Mayıs 2013 Salı

Leysan yağışları Qusarda fəsadlar törətdi

Region Tv-nin məlumatına görə Mayın 27-si axşam saatlarında Şimal regionuna  yağan güclü leysan yağışı çaylarda suyun səviyyəsinin artmasına, bəzi yerlərdə isə selə səbəb olub. Qusar rayonunun Əzizbəyov küçəsində də güclü sel sakinlərin həyətlərinə daxil olub.

ƏHƏMİYYƏTSİZ ATTESTAT

Yeni təyin olunmuş Təhsil Naziri Mikayıl Cabbarovun Təhsil haqqında verdiyi  sonuncu qərarı şagirdlər tərəfindən yaxşı qarşılansada müəllimlər tərəfindən o qədər də yaxşı qarşılanmadı. Bu vaxta kimi orta məktəb dövründə  3 ədəd  “2” –si olan şagirdə orta təhsil bazasını başa vurmaq haqqında verilən kamal attestatından məhrum olurdular. 
Bu işin həm yaxşı və həm də pis tərəfi var.

28 MAY - "AZƏRBAYCANIN İSTİQLAL GÜNÜDÜR" BAYRAMIDIR.


28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını e’lan etdi.

22 Mayıs 2013 Çarşamba

AMNİST AKTI


Ümummilli liderin 90 illiyi ilə əlaqədar 9 min məhbusa amnistiya aktı şamil edilməsi, onlardan 2 mindən artıq nəfərə isə cəzalarının qalan hissəsindən azad olunaraq azadlığa çıxması haqda məlumat verildi. Yəni 2 mindən artıq məhbus cəzasını qalan hissəsini çəkməkdən azad olunub bir başa azadlığa buraxılacağ.

21 Mayıs 2013 Salı

RAF- ın ağaca çırpılmasında 5 hərbiçi öldü

Realxeber.az  sayıtına istinadən  May ayının 18- i  səhər saat 8 radələrində Bakı-Quba-Rusiya Dövlət sərhədi avtomobil yolunun 179-cu km-də Quba rayonunun Aşağıatuc kəndi yaxınlığında dəhşətli qəza baş verib. Hərbçiləri aparan Raf markalı mikroaftobus yoldan çıxaraq ağaca çırpılıb.

16 Mayıs 2013 Perşembe

ÖMÜRLÜK DƏRS

Sumqayıt məktəbində baş verimiş ölüm hadisəsinə görə məktəbin direktoru və təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifəsindən azad etməsi  hec də birmənalı qarşılanmadı.

12 Mayıs 2013 Pazar

ÜÇ ALMA


Uşaq vaxtı nənələrimizin, babalarımızın nağıllarına qulaq asıb yuxuya getməyi çox sevərdik. Bu nağılların ən xoşuma gələn yeri onun sonu idi. Göydən düşən üç alma. Nağıllar yadımda qalmasada sondakı “üç alma” məsəli məni həqiqətən də xəyallara aparırdı. Görəsn nəyə görə sonda üç alma düşür. Niyə başqa meyvə yox özü də alma? Bu almalar da nağıl qəhrəmanlarının sayına görə bölünürdü. Biri nağıl söyləyənin, biri nağıl yazanın biridə ona qulaq asanın.

10 Mayıs 2013 Cuma

SIRADIŞI OLAY


Qubada olan mediya mənbələrin birinin yaydığı xəbər görə Qubada Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubleyi ilə keçirilən anım mərasimində sıradışı olay baş vermişdir.

Abidənin önünə gül qoymaq üçün düzülmüş insan növbəsində bir nəfər müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Ətrafdakı insanların kömıyi ilə adam yerdən qaldırılmış, izdihamdan çıxarılaraq "Təcili yardım" a aparılmışdır.
Hadisəyə səbəb adamın insan izdahamın içində sıxılması olub.

BERLIN DIVARI


1945- ci ildə II dünya savaşı başa çatdı. Almaniya   məğlub olur. Müttəfiqlər Almaniyanı məğlub etməklə kifayətlənməyib onun paytaxtı olmuş Berlin şəhərinin  iki hissəyə bölməklə Almaniya ilə məsələni həll etmiş oldular. Lakin bu gec baş verdi.  Buna səbəb olan nə idi?

9 Mayıs 2013 Perşembe

RETRO AVTOMOBILLƏR QUBADA


Ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə retro avtomobillərin Qubaya yürüşü təşkil olunub.
Gün.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə Bakı-Quba marşrutu üzrə hərəkət edən yürüşə 20-dək əntiq  avtomobil qatılıb.

8 Mayıs 2013 Çarşamba

ŞUŞA ŞƏHƏRİNİN İŞĞALI

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. 

7 Mayıs 2013 Salı

QƏLƏBƏ GÜNÜ

Xalqımız üçün önəmli olmasada 9 may Qələbə günün yeri çox önəmlidir. Qələbə günü haqda yazı yazmağımın səbəbi 9 MAY - QƏLƏBƏ GÜNÜ  bizə lazımdırmı? məzmununda olan yazıların sosial şəbəkələrdə bir-birinin ardınca peyda olması məndə qəribə hiss oyatdı. Açığını deyim ki, bu rus İmperalistlərinin qələbəsidir. Rus bu qələbəni tabeliyindəki xalqların birliyi ilə əldə etdi. Böyük Vətən müharibəsində cəbhəyə ən çox canlı qüvvə, texnika və yanacaq verən ölkələrdən biri Azərbaycan olmuşdur. 

4 Mayıs 2013 Cumartesi

CƏMİYYƏTİN AYNASI





Bu yaxınlarda internet səhifələrində, sosiaı şəbəkələrdə hansısa şəxsi və dövlət məmurunu təhqir edən jurnalistə verilən cəzanı bir az da sərtləşdirləcəyi haqda Milli Məclisdə müzakirəyə qoylacağını televiziya və mətbuatda bildirildi. Bəzi ekspertlər bunu edənin o qədərdə asan tapılmayacağı qənaətindədirlər. 

Ekspertlərin rəyinə görə social şəbəkələrdə “əsas mövzu olmamağın ən yaxşı üsulu isə cəmiyyəti və xalqın qınaq obyekti olan işə “imza atmamalarıdır” fikirlərini irəli sürməsidir.