
Sakinlərin sözlərinə görə, evlərin həyətyanı sahələrinə daxil olan suyun səviyyəsi 1 metrə qədər çatıb və evlərin zirzəmiləri suyun altında qalıb. Sel suları iri daş parçalarını Əzizbəyov küçəsində yolun hərəkət hissəsinə gətirib.
Əraziyə FHN-nin əməkdaşları gəlib, həyətlərdən su nasoslar
vasitəsilə çəkilərək təmizlənib. Quba Regional Hidrometeorologiya
Müəssisəsindən RTV-yə bildirilib ki, yağıntılı hava şəraiti bəzi
ərazilərdə bu gün və sabah da davam edəcək.
Müəssisədən o da bildirilib
ki, Quba və Qusarın müxtəlif ərazilərinə 21 mm-dən 35 mm-dək yağıntı düşüb.
Quruçay və Qudyalçayda suyun səviyyəsi 14 sm artıb.
Hiç yorum yok:
Yorum Gönder