Etiketler

29 Mayıs 2013 Çarşamba

TÜRK ŞƏHİD MƏZARI


1917- ci ildə Rusiyada çevriliş baş verdi. Bundan istifadə edən çar Rusiyasının tərkibindəki xalqlar öz müstəqilliyinə qovuşdular. Azərbaycanın var- dövlətini,  onun sərvətini  əllərindən buraxmaq istəməyən bolşeviklər Azərbaycanı idarə etmək üçün müvəqqəti Şura olan Bakı Sovetini yartdılar. Onun rəhbəri milliyətcə erməni olan Stepan Şamuyan oldu. S.Şamiyan Azərbaycanda mövcud olan dövlətşilik ənənlərini ləğv etmək, Müsavat partiyasının dayaqlarını zəiflətmək  üçün azərbaycan xalqına qarşı milli soyqırım həyata keçirdi. Bu soyqırım Şamaxı, Quba, Kürdəmir və Lənkıran qəzalarında baş verdi.


Azərbaycan xalqının bu günündə özünü qardaş köməyinə yetirən Nuru Paşanın başçılıq etdiyi “Qafqaz İslam ordusu” qısa bir zamanda erməni-daşnak qoşunlarının  törətdiyi  qırğınların qarşısını aldı. Onların layiqli cəzasını verdi. 

Bu savaşda da türk qardaşlarımız xeyli şəhid vermişdilər. Şəhid olan əsgərlər İslam qaydalarına uyğun olaraq şəhid olduğu yerdə dəfn olundular. Onların dəfn olduqları məzarlıqlara Respublikamızın bir çox yerlərində rast gəlmək olur.  Onlardan biri də Quba rayonun İqriq kəndidədir.



2012- ci ilin noyabr ayını 22-də  rayona  səfər edmiş Türkiyənin Azərbaycandakı səfiri Coşqun Alper şəhid məzarlığının açlıışında iştirak etmişdir.

Hiç yorum yok:

Yorum Gönder