Etiketler

22 Mayıs 2013 Çarşamba

AMNİST AKTI


Ümummilli liderin 90 illiyi ilə əlaqədar 9 min məhbusa amnistiya aktı şamil edilməsi, onlardan 2 mindən artıq nəfərə isə cəzalarının qalan hissəsindən azad olunaraq azadlığa çıxması haqda məlumat verildi. Yəni 2 mindən artıq məhbus cəzasını qalan hissəsini çəkməkdən azad olunub bir başa azadlığa buraxılacağ.
Buna mənim münasibətim pis deyil. Bunu dövlət tərəfindən atılan bir hümanist bir addım kimi qiymətləndirmək olar. Ondan sonra gəl bu keçmiş məhbusların qayğısına qalıb, onları işlə təmin edib, onları cəmiyyətə yenidən uyğunlaşdırmaq.

Bununla bağlı bir əhvalat yadıma düşdü. Təxminən 2001- ci il idi.  Onda tələbə vaxtı Bakıda 28 may metrosuna yaxın bir yerdə fəhlələr üçün nəzərdə tutlmuş yataqxanada qalırdım. Bizim bazar-dükan işimiz “28 may”da Bakı dəmir yol vağzalı olan binanın alt hissəsində olurdu. O zaman mən alış-verişimi oradan edir, rayona telefonla danışmaq üçün binanın foyesinə gedirdim. (Onda hələ mobil telefonum yox idi). 
Səhv etmərəmsə payız fəsili idi. O vaxtlarda  bilmirəm nəyəsə görə  məhbuslara kütləvi amnist verilmişdir. Bu dəfə də yataqxanadan çıxıb çörək dalınca dükana getdim. Hava dumanlı və soyuq idi. Soyuqdanmı, nədənmi, bilmirəm vağzalın ətrafında çox az adam gözə dəyirdi.  Adəti üzrə iki çörək alıb binanın şüşə qapılarından çıxıb geri qayıdırdım.

Bu zaman başında çeçenka papaq, əynində qara kurtka olan qarabuğdayı bir nəfər mənə yaxımlaşdı və dedi: “Bağışla qadaş, sənə bir işim düşüb. Mən bu gün həbsdən çıxmışam. Üstümdə pulum yoxdur. Mənə bir az pul verə bilərsən? Nəyə imkanın çatır...” bunu deməsədə görən kimi bu hiss olunurdu. Mən “Xeyr- pulum yoxdur deyib”  iti addımlarla ondan uzaqlaşdım. 

Qaldığım yerin alaqapısına yaxınlaşanda əlində çanta tutmuş bir yaşlı qadınla qarşılaşdım. Qadın vağzala gedirdi. Qadının yanından keçib qapıdan həyətə daxil oldum. Birdən vağzalın həyətindən qadının səsi eşidildi: “Vay! kömək edin oğrular sumkamı  alıb qaçdılar” bir anlıq yerimdə donub qaldım. Məsələ aydın idi..

Özümə gələndən sonra otağıma tez çatmaq üçün sürətimi artırdım. 

Hiç yorum yok:

Yorum Gönder