Ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə retro avtomobillərin Qubaya yürüşü təşkil olunub.
Gün.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə Bakı-Quba marşrutu üzrə hərəkət edən yürüşə 20-dək əntiq avtomobil qatılıb.
Biləcəri qəsəbəsindəki “Avto Retro klub”un bazasından yola düşən karvanın qarşılanma mərasimi Qubada, Heydər Əliyev Mərkəzinin qarşısında olub.
“Avto retro klub”un rəhbəri Elşən İsmayılovun verdiyi məlumata görə avto yürüşdə məqsəd ümummilli liderin xatirəsini yad etmək, eyni zamanda da klubun tanıdılmasına təkan vermək və gəncləri əntiq avtomobil modellərinə həsəvini artırmaqdır.
Qonaqlar ümummilli liderin abidəsi önünə əklil qoyan qonaqlar daha sonra Quba soyqırım məzarlığını da ziyarət ediblər.
Məlumata görə retro avtomobillər mayın 10-da Quba şəhərində bir sıra tədbirlərdə iştirak edəcəklər.
Qeyd edək ki, yürüş Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilir.
Ramin Mahmudov
Gün.Az
Hiç yorum yok:
Yorum Gönder