Etiketler

21 Mayıs 2013 Salı

RAF- ın ağaca çırpılmasında 5 hərbiçi öldü

Realxeber.az  sayıtına istinadən  May ayının 18- i  səhər saat 8 radələrində Bakı-Quba-Rusiya Dövlət sərhədi avtomobil yolunun 179-cu km-də Quba rayonunun Aşağıatuc kəndi yaxınlığında dəhşətli qəza baş verib. Hərbçiləri aparan Raf markalı mikroaftobus yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə 5 nəfər hadisə yerində keçinib, 8 nəfər isə ağır yaralı vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza zamanı həlak olanlar Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov,Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov vəElbəy İsmiyevdir. Qəza zamanı xəsarət alan hərbçilər isə xəstəxanaya yerləşdirilib.
Xəsarət alan hərbçilər isə aşağıdakılardır - 1992-ci il təvəllüdlü İskəndərov Əfqan Şərif oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Fariz Elbəy oğlu, 1992-ci il təvəllüdlü Həsənov Elnur Maksim oğlu, Musayev Ruslan Sabir oğlu, İsayev Namiq Qəhrəman oğlu, Ağaəlizadə İsmayıl Bəhaləddin oğludur.

Daha iki nəfərin isə yüngül xəsarət aldığı bildirilir.Yaralıların təcili olaraq müalicəsi məqsədilə hərbi həkim briqadası helekoptel vasitəsilə rayona gətirilib.

Hiç yorum yok:

Yorum Gönder