Etiketler

28 Mayıs 2013 Salı

28 MAY - "AZƏRBAYCANIN İSTİQLAL GÜNÜDÜR" BAYRAMIDIR.


28 may 1918 ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biri yəni Azərbaycanın istiqlal günüdür. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət əsrin sonunda yenidən bərpa olundu. 1918–ci ilin May aynının 28–də Azərbaycan milli şurası istiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını e’lan etdi.
Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan xalq cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. 
ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika ve ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyuk naaliyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın - kişi bərabərliyini təmin edən cümhuriyyet o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və bir cümlədə desək bugün özlərini modern hesab edən ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti 95 il bundan əvvəl Müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir. 
ADR - i rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur 1918 ci il 4 iyun. 
Azərbaycan Demokratik Respublikası gərgin ve mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki Müstəqil Azərbycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvvəqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq istiqlal ideyası yenilməyib və M.Ə.Rəsulzadənin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ” şuarı öz əksini tapıb və nəhayət 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.


Hamınızı qarşıdan gələn 28 may müsteqillik günü münasibəti ile təbrik edirəm. Uğur, yükseliş, sülh, əmin - amanlıq başımızdan əksik olmasın!!! 

Hiç yorum yok:

Yorum Gönder