Etiketler

31 Mayıs 2013 Cuma

SON ZƏNG - in LƏZZƏTİ

2013- cü ilin  “Son Zəngi” də çalındı. Düz 11 il qorxa-qorxa ilk dəfə məktəbə gedən məzunlar bu gün öz partalarını, öz siniflərini, öz məktəblərini gülə- gülə, cəsarətlə tərk edirlər. 

Bu il məktəblilərin istəyi ilə rayonun kənd  məktəblərini birinə dəvət aldım. O kəndə tez-tez yolum düşdüyündən məktəb kollektivini və şagirdlərini əyani tanıyırdım. 


 On birincilərdə elə 11 şagird məzun olurdu. Məktəb çox səliqəli bəzədilmişdir. Məzun olan şagird sayı az olmasına baxmayaraq məktəbin həyəti rəngli şarlarla al-əlvan rəngə bürünmüşdür. Musiqinin həzin səsi eşidilirdi.  

Bildirdilər ki, bunlar hamısı onbirincilərin öz zəhməti hesabına başa gəlmişdir.

Məktəbdə oxuduğu vaxtlarda məktəblə bağlı bir tədbir olanda hər şagirddən 0.50 qepik yığanda aləmi bir-birinə qatanlar indi məktəbi doğma bilib ona şer oxuyur, nəğmə qoşur və ən əsası isə ifrat dərəcədə səxavətlik göstərirdilər.

Üstəlik məzunların əyləşdiyi uzun masada özlərini təbrik edən 6 yaşlılara vermək üçün cürbəcür ayı balalrı, gəlinciklər, oyuncaq maşınlar və s. bir sözlə balacalara nə lazımdırsa hamısı sıra ilə düzülmüşdür. Məzunlar ömürlərində ilk dəfə olan bu gün üçün “kalan” xərc çəkmiş, bundan başqa "Son zəngin" planına uyğun olaraq harasa gəzməyə getməlidirlər.

Bunlara baxdıqca bir şeyi beynimdən keçdi. Bundan qabaq bizim dövrdə məktəbə yenicə qədəm qoyan 6 yaşlılara vermək üçün dəftər, qələm, karandaş və s. olurdu.  Ibtidailərin isə bizə hədiyyəsi ən yaxşı halda bir dəstə gül olurdu. Biz məzun olanda  yaxşı yadımdadır o vaxt mayın 25 – i yağış yağdı. Bizim “Son Zəng” tədbirimiz qapalı idman zalında oldu. Onunlada başa catdı. Hərə öz evinə getdi.

Son zəngin xeyrini bir də onda duydum ki, il boyu məktəbə gəlməyən, dərs ili ərzində bircə dəfə də sinifin qapısını açmayan şagirdlər bu gün nəyi var geyinib, özlərini çəkib qabağda durmuşdular. Ən dəhşıtlisi də odur ki, IX sinifdə müəllimləri və məktəbi lənətləyib qapını çırpan uşaq özünü elə ararır ki, sanki bu mötəbər tədbirin təşkilatçısıdır. Belə fikirləşirəm ki, onlar üçün 11 illik məktəbin ləzzəti elə bu gün imiş. 

Yenə bu "Son Zəng" bir məktəb yoldaşı olaraq onları bir araya gətirdi. 




3 yorum:

  1. Bu yorum bir blog yöneticisi tarafından silindi.

    YanıtlaSil
  2. Çox yaxşı qeyd etmisən adaş. Hazırki Son zəng tədbirlərinə bəlkə də bir toyun pulu xərclənir. Bunun çəklişi, gəzintisi, xüsusi paltarı, hədiyyələri və s. sadalamaq olar. Düzdür, məzunlar bu günü yadda qalanetmək istəyirlər, amma xərcə düşən valideynlər, qazananlar isə ticarətlə məşqul olanlar olur.

    YanıtlaSil
  3. Sonra eşitdim ki, maşınları bəzədib, yezdaya çıxırlar.

    YanıtlaSil