Etiketler

4 Mayıs 2013 Cumartesi

CƏMİYYƏTİN AYNASI





Bu yaxınlarda internet səhifələrində, sosiaı şəbəkələrdə hansısa şəxsi və dövlət məmurunu təhqir edən jurnalistə verilən cəzanı bir az da sərtləşdirləcəyi haqda Milli Məclisdə müzakirəyə qoylacağını televiziya və mətbuatda bildirildi. Bəzi ekspertlər bunu edənin o qədərdə asan tapılmayacağı qənaətindədirlər. 

Ekspertlərin rəyinə görə social şəbəkələrdə “əsas mövzu olmamağın ən yaxşı üsulu isə cəmiyyəti və xalqın qınaq obyekti olan işə “imza atmamalarıdır” fikirlərini irəli sürməsidir.


Xeyli insanı əhatsinə toplamış azad və demokratik hüquqi bazaya məxsus Faysebuk social şəbəkəsində istənilən adam üçün istənilən şeyi yazmaqda hec bir maneə yoxdur. Feysbukun bəzi problemləri qabardıb, onları cəmiyyətə göstərməsi, hansısa olay haqqında isti-isti məlumat əldə etməsində, baş verən hadisələrdən, sosial problemlərdən eyni zamanda dövlətində xəbərdar olmasında   rolu əvəzsizdir.Burda hansısa bir yazarın, müəllifin, jurnalistin yazısına görə ona dövlət tərəfindən edilən təhdid vəya təzyiqlər demokratik ölkənin prinsiplərinə zidd olacaqdır.Bilmirəm nə qədər yerinə düşər yoxsa yox, jurnalistikanın cəmiyyətdəki roluna bir neçə misal çəkmək istəyirəm. Xalqımızın maarifçi xadimi, ilk qəzetimiz olan “Əkinçi” nin baş redaktoru olmuş Həsən bəy Zərdabinin məşhur kəlamını xatırlamaq istəyirəm. “Mətbuat cəmiyyətin aynasıdır”.
 Böyük Birtaniyanın Baş naziri olmuş, Dünyanın tanınmış siyasətçilərindən biri hesab olunan Uinston Çörçill (Winston Leonard Spencer-Churchill) (1874-1965) demişdir: “Mən öz ölkəmin necə inkişaf etdiyini, onun zəif və güclü yerini, kənardan ona olan münasibəti jurnalistlərin sayəsində  hiss edirəm və görürəm”  Deyilənlərə görə Londunun məşhur qəzetlərin səhifəsində Baş nazir U. Çörçill öz karikaturasını görməyəndə öz reytinginin aşağı düşməsi qənaətinə gəlirdi.Burada göründüyü kimi dövlət başçısı medianın işini özünə köməkçi hesab edir.
Əgər mətbuat bir aynadırsa biz onda özümüzü pis görürüksə  aynaları qırmayaq. Buna da nail ola bilmərik.
Bunun üçün gəlin özümüzü düzəldək ki, Aynada yaxşı görünək.




Hiç yorum yok:

Yorum Gönder