Etiketler

16 Mayıs 2013 Perşembe

ÖMÜRLÜK DƏRS

Sumqayıt məktəbində baş verimiş ölüm hadisəsinə görə məktəbin direktoru və təlim tərbiyə işləri üzrə direktor müavininin vəzifəsindən azad etməsi  hec də birmənalı qarşılanmadı.
Söhbət Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun dərsə gecikdiyinə görə məktəbin təlim-tərbiyə üzrə direktor müavini şagirdləri stadionda qacırtması və orada ölməsi ilə bağlı hadisədən gedir. Burada günahı müəllimdə axtarmaq düzgün deyil.

Müəllim dərsə gecikən şagirdlərə bəlkədə ən yaxşı cəza verib. Başqa cür necə olmalı idi ki?  Daha onları döyməli deyildir ki.

Şagirddə belə xəstəlik var idisə və o idman dərsindən azad olunubsa bunu müəllimə bildirməli idi. Bu haqda da müəllimə hec nə deməyib. Nəticəsi də belə alınıb.Üstəlik direktorda işindən uzaqlaşıb. 

Bir anda iki müəllimin işindən getməsi məktəbdəki təhsil problemlərini bir azda dərinləşdirir.  
XIsinif in şagirdləri  özlərini tam müstəqil hesab edən dövrü olduğu üçün onlar ilin sonlarına yaxın məktəblərdə bir azda aqressiv olurlar. Bu vaxt onlarla xüsusi qaydada davranmaq lazım gəlir. Nə isə.. 

Yeni təyin olunmuş Təhsil Nazirinin Azərbaycan Təhsilində apardığı islahatların uğurlu olacağına inanıram. 

Hiç yorum yok:

Yorum Gönder