Etiketler

28 Mayıs 2013 Salı

ƏHƏMİYYƏTSİZ ATTESTAT

Yeni təyin olunmuş Təhsil Naziri Mikayıl Cabbarovun Təhsil haqqında verdiyi  sonuncu qərarı şagirdlər tərəfindən yaxşı qarşılansada müəllimlər tərəfindən o qədər də yaxşı qarşılanmadı. Bu vaxta kimi orta məktəb dövründə  3 ədəd  “2” –si olan şagirdə orta təhsil bazasını başa vurmaq haqqında verilən kamal attestatından məhrum olurdular. 
Bu işin həm yaxşı və həm də pis tərəfi var.

  Orta məktəbdə attestatdan məhrum olan şagirdlərin valideynləri uşaqlarını natamam bilik almasını xoşluqla qəbul edə bilməzlər. Bunun üçün nə yolla olur-olsun onu əldə etməyə çəhd göstərəcklər.
 Bununda ən yaxşı üsulu məktəb direktorunu “dilə tutub” lazım olan “hörmətin” edəndən sonra attestatı əldə edəcək. Buda məktəb direktorları üçün bir rüşvət fürsəti olur. Təssüf ki, bununla bağlı faktlar qeydə alınıb. Bir faktı da xüsusi qeyd etmək istəyirəm ki, şimal bölgəsinin rayonlarının birində 1000 nəfər şagirdən 650 nəfəri yekun attestatdan məhrum olub. 
Məsələnin yaxşı tərəfi isə ondan ibarətdən biri də odur ki, Ali təhsil müəssisəsinin III qrupunu seçmiş abituriyent, texniki fənnlərdən “2” alsada təhsilinə davam edə bilir.
Digər bir tərəfdən isə attestat almaq üçün necə olursa olsun şagird hər vəchlə  çalışır, qisməndə olsa dərs oxuyurdu . Orta təhsil bazasından verilən yekun sənəddən məhrum olmamaq üçün  təhsil sənədində “2” –nin olmasını istəmirdi. 
Yeni qanuna əsasən şagird ilin sonunda yekun attestatların təmənnasız verildiyini anlayır. Şagird Ali təhsil almağa getməsədə ona attestat veriləcək. Belə olduqda şagirdin orta məktəbdə aldığı qeyri-kafi qiymətlərin heç bir əhmiyyəti olmayacaq.  
Məktəb və müəllim anlayışı  ön plandan düşəcək.

Statistik məlumatlara əsasən, 2009-2010-ci tədris ilində şagirdlərin ümumi sayının 22 faizi, 2011-2012-ci ildə 24 faizi, 2011-2012-ci ildə isə 10,5 faizi attestat almayıb

2 yorum:

  1. Maraqlı məqamlara toxunmusunuz. Yeni Nazirin bu qərarı Attestat bəzarına son qoyar inşallah.

    YanıtlaSil
  2. Deyirem Rüşvet diger sahelersen ferqli olaraq heç olmasa tehsilde olmasın.

    YanıtlaSil