Etiketler

29 Nisan 2013 Pazartesi

QANUNİ DƏLƏDUZLUQ



Son illər  hər bir gəncə  ixtisasına uyğun münasib iş tapılması əsl müşkülə çevirilib. Buna baxmayaraq ictimayyətin ən çox olduğu yerlərdə iş təklifi ilə bağlı çoxlu reklam və elanlar gözə dəyir.
 Xarici şirkətlərin yerlərdəki filiallarına işçi götürülür.  İş yaşı 19-60 yaşa qədər göstərilir. Xaricidə biznes qurmaq imkanı, yüksək karyera,  başqa iş yeri ilə uzlaşdırmaq mümkündür. Ən əsası isə yüksək əmək haqqı. Camaatı şirinkləndirmək üçün əlavə olunan xarici dil bilən və ya Ali təhsillilərə üstünlük verməsi insanda ümüd hissi yaradıb özünə cəlb edə bilir.

25 Nisan 2013 Perşembe

Qubada leysan yağışları nəticəsində 50 evə ziyan dəyib



SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, bu barədə Qubada leysan yağışları nəticəsində ziyan dəymiş evlərə baxış keçirən deputat Vahid Əhmədov deyib. Onun sözlərinə, hazırda Quba FHK tərəfindən sakinlərə dəymiş ziyan hesablanır. Ziyan müəyyən edildikdən sonra FHN-nə müraciət olunacaq.

24 Nisan 2013 Çarşamba

Məktəblilər üçün blog təlimi.


933980_275749982560771_138622474_nAprelin 23- də “Azad Könüllülər Klubu” İctimai Birliyi “Elektron divar qəzeti” layihəsi çərçivəsində məktəblilər üçün bloq təlimi keçirib.
Təlimdə şagirdlərə bloqun tarixi haqqında ətraflı məlumat verən təlimçi müəllim Mehman Məmmədov, bloq nədir, bloger kimdir, yazıları, şəkilləri, videoları bloqda necə yerləşdirmək olar, bloqun reklamı, sosial şəbəkələrdə necə paylaşımı və s. bu kimi xüsusda olan mövzularda bilgiləndirilib.

23 Nisan 2013 Salı

MƏKTƏBLİLƏR ALDADILIB.


Qubanın PIrvahid kənd məktəbliləri aldadılıb. Məktəbə aprel ayının 18 də Rayon Təhsil Şöbəsindən zəng vurularaq aprelin 23- də saat 11 də məktəbin bir neçə müəllimi və bir o qədər də şagirdi

21 Nisan 2013 Pazar

Bərəkətli “PAZLAR”



Bu günlərdə tanınmış gənc yazar Mehman Məmmədovun saytların birində yazdığı ” paz” larla bağlı yazını oxudum. http://musaoglu.wordpress.com/2013/04/18/əski-paz-lar-bizə-belə/ 
Mehman müəllim bizim üçün aktual məsələrdən olan nəqliyyat problemlərinə çox yaxşı toxunmuşdur.

17 Nisan 2013 Çarşamba

QUSAR MƏKTƏBLİLƏRİ BİRİNCİ OLDULAR


Quba rayonunda “Şahin” məktəblilərin  hərbi- vətənpərvərlik idman yarışlarına yekun vuruldu.  40- a yaxın olan komandanım iştiarkı ilə keçirilən rayon birinciliyində Qubanın A. Məmmədov adına 2 saylı təbiət fənnləri məktəb- liseyi  qalib gələrək birinciliyi qazanmışdılar. 

14 Nisan 2013 Pazar

UNUDULMAZ QƏHRƏMANLARIMIZ



Coxdanın söhbətidir. Uşaq vaxtı doğulub boya- başa catdığım kənddə hələ uşaq ikən özümüzü bir qəhrəmana bənzədib onunla öyünməyi xoşlayardıq. O dövrə uyğun olaraq qəhrəmanlarımız Amerika filimlərinində əsas rola çəkilən aktyorları olurdu.  Bunlar ən cox Stallone (Rembo), Cak Norris, Şvartsniger və VanDam kimi oyncular olardı.

10 Nisan 2013 Çarşamba

"GÜL BAYRAMI" ÜÇÜN XÜSUSİ BURAXILIŞ

Aprelin 9- da Qubadakı "Ən yaxşı divar qəzeti"lərinin yekunundan sonra yeni mərhələyə start veriləcək. Bu Ümummilli Lider H. Əliyevin 90 illik yubleyinə həsr olunmuş Qubada keçirilən Gül bayramı üçün "Xüsusi Divar Qezeti" müsabiqəsidir. Burada qəzetlər ancaq "Gül bayramı" na həsr olunmuş rəsm və yazılarla bəzədiləcək.

"ƏN YAXŞI DİVAR QƏZETİ" SEÇİLDİ


Azad Könüllülər Klubu İctimai Birliyi tərəfindən Quba rayonun məktəbləri arasında keçirilən “Ən yaxşı divar qəzeti”  müsaqibəsinin mükafatlandırılma mərasimi keçirilib.

3 Nisan 2013 Çarşamba

QƏRİBƏ DÜŞÜNCƏ

Bu yaxınlarda rayonda avtobusların birində oturub marşurutun yola çıxmasını gözləyirdim. Avtobusdakı radio açıq olduğu üçün səsi salonu bürümüşdür. Salonda yaranmış sakitlikdən, radionun səsi insanin beyninə sanki həmlə edirdi. Burc FM-in "Poliqon" verlişinin növbəti verlişi gedirdi. 

2 Nisan 2013 Salı

REGİONDA İKİNCİ AEROPORT

Quba rayonunda hava limanı tikilməsi xəbəri artıq gündəmdədir. Bununla belə regionda ikinci Aeroport tikilə bilər. Bu Qusar rayonunda salınacaq.

1 Nisan 2013 Pazartesi

QUBADA 31 MART SOYQIRIM QURBANLARI ANILDI.

1918-ci ilin 30 mart3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 
1918-ci ilin mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda  50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. 
Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan edilmiş, yerli əhali qətlə yetirilmişdir. Azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
1918-ci ilin yazında dörd dəfə Quba qəzasına hücum edən erməni silahlı dəstələri 122 kəndi, 26 məscidi yandıraraq dağıdıblar. Quba şəhərində 105 ev talan edilib. Quba qəzasında yaşayan 3 min müsəlman xüsusi zorakılıqla öldürülüb. Bildirilib ki, son illərin tədqiqatları öldürülən azərbaycanlıların sayının daha çox olduğunu göstərir. 
Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.