SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, bu barədə Qubada leysan
yağışları nəticəsində ziyan dəymiş evlərə baxış keçirən deputat Vahid
Əhmədov deyib. Onun sözlərinə, hazırda Quba FHK tərəfindən sakinlərə
dəymiş ziyan hesablanır. Ziyan müəyyən edildikdən sonra FHN-nə müraciət
olunacaq.
Leysan yağışları rayonun Alekseyevka kənd sakini Rahib Məmmədovun
mənzilinə daha çox ziyan vurub. Belə ki, ev qəzalı vəziyyətə düşüb.
V.Əhmədov bildirib ki, mənzil yaşamaq üçün təhlükəli olduğundan ailə
başqa yerə köçürüləcək. Həmçinin zərərçəkmiş şəxsə yeni mənzilin
tikilməsi də planlaşdırılıb.
Deputat Quba sakinləri ilə görüşüb, 30-dan çox vətəndaşın
müraciətlərinə baxılıb. Onların problemlərinin bir qismi yerindəcə həll
edilib. Digər müraciətlər isə baxılması üçün nəzarətə götürülüb.
Mənbəə: http://salamnews.org/
Hiç yorum yok:
Yorum Gönder