Etiketler

10 Nisan 2013 Çarşamba

"GÜL BAYRAMI" ÜÇÜN XÜSUSİ BURAXILIŞ

Aprelin 9- da Qubadakı "Ən yaxşı divar qəzeti"lərinin yekunundan sonra yeni mərhələyə start veriləcək. Bu Ümummilli Lider H. Əliyevin 90 illik yubleyinə həsr olunmuş Qubada keçirilən Gül bayramı üçün "Xüsusi Divar Qezeti" müsabiqəsidir. Burada qəzetlər ancaq "Gül bayramı" na həsr olunmuş rəsm və yazılarla bəzədiləcək.


Bu haqda məlumat verən Quba rayon Gənclər və idman idarəsinin müdiri Mustafa Nöhbalayev gənc redaktorların mükafatlandırma mərasiminə həsr olunmuş tədbirdə bildirdi.
Onun sözlərinə görə yeni yaranmış Azad Könüllülər Klubu İB -in təşəbbüsü ilə həyata keçirilən müsabiqə aprelin 30- a qədər davam edəcək. Bu müsabiqədə iştirak etmək istəyən məktəb gəlib Quba rayon Gənclər və İdman idarısindın qeydiyatdan keçə bilərlər.

Tədbirdə o da bildirildi ki, hazırlanmış qəzetlər Qubada "Gül bayramı günü" Quba meydanında açıq havada nümayış olunacaq. Müsabiqədə  yer tutan ən yaxşı qəzet redaktorları rayon İH və Gİ tərəfindən mükafatlandırlacaq.

Hiç yorum yok:

Yorum Gönder