Coxdanın söhbətidir. Uşaq vaxtı doğulub boya- başa
catdığım kənddə hələ uşaq ikən özümüzü bir qəhrəmana bənzədib onunla öyünməyi
xoşlayardıq. O dövrə uyğun olaraq qəhrəmanlarımız Amerika filimlərinində əsas
rola çəkilən aktyorları olurdu. Bunlar ən
cox Stallone (Rembo), Cak Norris, Şvartsniger və VanDam kimi oyncular olardı.
Yenədə
bu “qəhrəmanlarla” həyətdə oturub onlardan ən çox kimin daha güclü olduğunu müzakirə
edirdik. Bu zaman kruqmuza aramızda yaşça kicik olan başqa bir məhlə uşağı gəldi. Yanımızda əyləşıb
söhbətimizi dinləməyə başladı. Bu an yenədə bu qəhrəmanlardan hansının güclü
olması sualı ortaya çıxdı. Aramıza yenicə qoşulan uşağın cavabı cox təəccüblü oldu: “Hamısından güclüsü Mehdidir”. Bir anlıq donub qaldıqsa
sonradan özümüzə gəldik. Söhbətin kimdən getdiyi məlum idi. Bu “Uzaq
sahillərdə” filiminin qəhrəmanı Mixaylo adı ilə tanınan partizan Mehdi
Hüseynzadə idi.
O vaxtdan bu yana düz 20 –ildən artıq vaxt
kecib. Artıq cox şey dəyişib. Elmdə və İncəsəntdə yüksək tərəqqi hökm sürür. İndi
cəmiyyyətdə yeni ideallar, yeni qəhrəmanlar peyda olub. Son 10 ildə az qala
dastana ceviriləcək qəhrəmanlardan biri də məşhur türk serialı olan “Kurtlar
vadisi”nin aktyoru olan Polad Aləmdardır. Indiki gənclərimiz onun haqqında hər
şey bilirlər. Bircə filimin sonundan başqa.
Yenə bu “qəhrəmanlıqla bağlı” söhbət.
Uşaqlar stadionda yığışıb dava-dava oynamağa
hazirlaşırlar. Aralarında yaşca böyüyü uşaqları sıraya düzüb təlimatlandırır:
“Mən Polad, Sən Memati, Sən Abdülhey, sən də Brüs Li. Ən kiçiyinə isə deyir ki,
səndə Çeki Can. Kiçiyini cavabı isə bu dəfə daha təəccüblü oldu; “Mən Abbasqulu
bəyəm”.
Hiç yorum yok:
Yorum Gönder