Etiketler

29 Nisan 2013 Pazartesi

QANUNİ DƏLƏDUZLUQ



Son illər  hər bir gəncə  ixtisasına uyğun münasib iş tapılması əsl müşkülə çevirilib. Buna baxmayaraq ictimayyətin ən çox olduğu yerlərdə iş təklifi ilə bağlı çoxlu reklam və elanlar gözə dəyir.
 Xarici şirkətlərin yerlərdəki filiallarına işçi götürülür.  İş yaşı 19-60 yaşa qədər göstərilir. Xaricidə biznes qurmaq imkanı, yüksək karyera,  başqa iş yeri ilə uzlaşdırmaq mümkündür. Ən əsası isə yüksək əmək haqqı. Camaatı şirinkləndirmək üçün əlavə olunan xarici dil bilən və ya Ali təhsillilərə üstünlük verməsi insanda ümüd hissi yaradıb özünə cəlb edə bilir.
Elanı özünə cəlb edən isə oradakı menecerlərin incə adlara malik qadınların olması və göstərilən mobil telefon nömrələrinidə çox ecezkar, cəlbedici, sonuncu dörd rəqəmi isə əkiz nömrələr olmasıdır.
Açığını deyim ki, belə elanlarla tələbə vaxtı  “tanış olmuşdum”. Orada məni cəlb edən tələbə vaxtı şəhərdə duyduğum maddi ehtiyac idi. Elanda diqqətimdən yayınmayan isə  iş qrafikinə uzlaşdırmaq olar yazısı idi. Maraqlanıb göstərilən ünvana getdim. Ünvanda  adı çəkilən Nazim müəllimə zəng etdim. Bir işidə vardır ki, nə səbəbdənsə işin mahiyyəti haqqında  zəng edəndə telefonla bildirmək istəmirlər.

Təxminən 5 dəqiqədən sonar yaşı 50-55  olan bəstəboy kişi içəridən çıxıb qabağımıza gəldi. Bizimlə görüşüb içəri dəvət etdi. (Mən ora tələbə dostumla getmişdim) Dəhlizdə bizim kimi iş üçün gələn təxminən 10 nəfər adam qəbula yazılmaq üçün növbə gözləyirdi. Nazim müəllim bizi kabinete salıb iş haqqlnda məlumat verdi.  Kabinetin divarları adını bilmədiyim hansısa dərman perapartların rəngli şəkilləri ilə dolu idi. Nazim müəllimin bizə izah elədiyi ilə mənim fikirləşdiyim demək olar ki, üst-üstə düşmüşdür. Reklam olunan dərmanları s a t m a q   l a z ı  m  idi. Əgər işin uğurlu alınsa həm səninki gətirir, həmdə onlarınki.  Digər bir variantda var idi: bu gələnlərə dərmanlar haqqında məlumat vermələkdən ibarət idi.
Işin qaydasına görə, işə başlamamazdan əvvəl 10 manat verib qeydiyyatdan keçməlisən. Nazim müəllim dərmanların mənşəyindən izah edəndə dedi ki, bu Çində yetişən Jenşen bitkisinin məhluludur. Çox xeyirli şey olduğunu söylədi. Dediyinə görə özüdə bu məhluldan hər gün istifadə edir. 

Indi buna oxşar iş praktikası rayonlara da ayaq açıb. Burada da həmin vəziyyət. Dəyişən isə satılan malların müxtəlifliyidir. 

Burada da eynən şəhərdə olduğu kimi insan növbəsi. Dəyişən isə pulun 10 yox 20 manat olması. Birdə çarəsiz qayıdan əlacsız insanlar. 

Bununla bağlı bir hadisədə eşitdim. Bu elanı oxuyan kənd məktəbinin riyaziyyat müəllimi işindən ərizəsi ilə cıxaraq şəhərə üz tutur. Orada üç gün qalıb, xeyli pul xərcləyib araya bir şey cixmadığını görüb geri qayıdır. Min bir əziyyətdən sonra yenidən  məktəbə bərpa olunur. 

Bu qanuni dələduzluğun bir yoludur.

P.S. İki ildən sonar Nazim müəlimin vəfat xəbərini eşitdim. Yəqin dərmanlardan həddən artıq istifadə edib, ya da xeyri olmayıb.






Hiç yorum yok:

Yorum Gönder