Etiketler

10 Nisan 2013 Çarşamba

"ƏN YAXŞI DİVAR QƏZETİ" SEÇİLDİ


Azad Könüllülər Klubu İctimai Birliyi tərəfindən Quba rayonun məktəbləri arasında keçirilən “Ən yaxşı divar qəzeti”  müsaqibəsinin mükafatlandırılma mərasimi keçirilib.


 Sınaq mərhələsindən  fərqli olaraq bu dəfə rayonun Zəki Kərimov adına I Nügədi 1 saylı tam orta məktəbin “Əkinçi” qəzeti ikinciliyi qazanıb. Birinci yerə Hacıbaba Əliyev adına şəhər 1 saylı tam orta məktəbin “Gənc işçi” qəzeti layiq görülüb. III yerə isə  Oqtay Məmmədov adına II Nügədi 1 saylı kənd tam orta məktəbinin “Gənc oxucu” qəzeti layiq görülüb. Bundan başqa müsaqibədə IV və V yeri tutanlar üçün həvəsləndirici mükafat da nəzərdə tutulub. Vəlvələ və Alekseyvka kənd tam orta məktəbləri müsabiqədə fəal iştirakına görə mükafatçılar sırasında yer alıb. Qaliblərə Rayon İcra Hakimiyyəti və Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələri verilib.

Xatırladaq ki, “Ən yaxşı divar” qəzeti layihəsinə Qubada fəaliyyət göstərən “Azad Könüllülər Klubu” İB tərəfindən, cari ilin yanvar ayında Quba rayon A. Məmmədov adına 2 saylı təbiət fənnləri təmayüllü məktəb-liseyində 3 günlük təlimdən sonra start verilmişdi.


Hiç yorum yok:

Yorum Gönder