Quba rayonunda hava limanı tikilməsi xəbəri artıq gündəmdədir. Bununla belə regionda ikinci Aeroport tikilə bilər. Bu Qusar rayonunda salınacaq.
Rayon əhalisi arasında belə fikir yayılsada bu hələ Rayonun İcra Hakimiyyəti tərəfindən tam təsdiqini tapmayıb. Samur- Abşeron Kanalının Qusar Rayonundan keçen hissəsindəki Kuzun- qişlaq, Cagar, Cibir və Urva Palasa kəndlərinin camaatına öz əkin yerlərindən istifadə etməyi qadağan edilib.Bunun üçün əraziyə qadağan işarəsini bildirən lövhələr vurulrb.
Bu prosese payiz aylarında başlasalar da tikinti fəaliyyətindən hələki hec bir səs- soraq yoxdur. Buna görə bu ərazidə yaşayan camaat bu il əkinlərini əkə bilməyiblər.
Bu işin naməlum müddətə qədər uzandığını başa düşən kənd camaatı əkin işinə indi start veriblər.
Bu da məhsulun kecikməsinə şərait yaradıb.
Kənd camaatının dediyinə görə Ləzədəki İdman İstirahət komplekisinə turist daşayan aeroport yerli əhəmiyyətli olacaq. Buna görə Kuzun qışlaq kəndindən Qusar çayın üzəri ilə Ləzəyə maqistiral yolda çəkilməyi planlaşdırılır.
Hiç yorum yok:
Yorum Gönder