1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
1918-ci ilin
mart-aprelində erməni-bolşevik birləşmələri Bakı, Şamaxı, Quba, Muğan və
Lənkəranda 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə
insanı öz torpaqlarından qovmuşdur.
Təkcə Bakıda 30 minə yaxın
azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58 kənd
dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba
ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan
quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan edilmiş, yerli
əhali qətlə yetirilmişdir. Azərbaycanlıların bu tarixi şəhərində və onun
ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə
öldürülmüşdür.
1918-ci ilin yazında dörd dəfə Quba
qəzasına hücum edən erməni silahlı dəstələri 122 kəndi, 26 məscidi
yandıraraq dağıdıblar. Quba şəhərində 105 ev talan edilib. Quba
qəzasında yaşayan 3 min müsəlman xüsusi zorakılıqla öldürülüb.
Bildirilib ki, son illərin tədqiqatları öldürülən azərbaycanlıların
sayının daha çox olduğunu göstərir.
Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
Hiç yorum yok:
Yorum Gönder