Qubanın PIrvahid kənd məktəbliləri aldadılıb.
Məktəbə aprel ayının 18 də Rayon Təhsil Şöbəsindən zəng vurularaq aprelin 23-
də saat 11 də məktəbin bir neçə müəllimi və bir o qədər də şagirdi
əllərində təbii güllə (?) rayondakı
Ümummilli Lider H. Əliyev adına mərkəzə gəlinməsi bildirilib. Məktəbin
müdriyyəti iki müəllim və məktəbin X- larını götürərək deyilən vaxtda həmin
məkanda olublar.
Məktəb rəhbərliyi elə güman edib ki, bu Ümummilli
Lider H.Əleyivin xatirəsinə həsr olunmuş hansısa tədbirdir. Aydın məsələdir ki,
mayın 10- da H.Əliyevin yubleyi qeyd olacaq. Ola bilsin ki, bu hansısa hazırlıq
məqsədi daşayır. Məktəbdəki dərs cədvəlinin nizamı pozularaq şagirdlər marşurut
avtobusu ilə rayon mərkəzinə gəlib. Məktəb direktoru 12 manatından keçərək
məktəblilər üçün qərənfil dəstəsi alıb.
Məktəbə yaxın olan mənbəədən bildirib kli, o gün
H.Əliyev xatirəsilə bağlı hec bir tədbir olmayıb. Orada olan yalnlız məktəblərdən əllərində
gül tutan Pirvahid məktəbliləri olub.
Başqa hec bir məktəbin şagirdi orda gözə
dəyməyib. Mərkəzdə tədbir olub. Amma adiyyatı olmayan bir tədbir olub.
Mənbəənin dediyinə görə qərənfillərlə “yubley”ə gələn məktəblilər 1 saat gözləyib
geri--- Pirvahidə dönmək üçün dayanacağa qayıdıblar.
Təhsil şöbəsindən bu caş-baş xəbərə münasibət bildirilməyib.
Hiç yorum yok:
Yorum Gönder