Aprelin 23- də “Azad Könüllülər Klubu” İctimai Birliyi “Elektron divar qəzeti” layihəsi çərçivəsində məktəblilər üçün bloq təlimi keçirib.
Təlimdə şagirdlərə bloqun tarixi haqqında ətraflı məlumat verən təlimçi müəllim Mehman Məmmədov, bloq nədir, bloger kimdir, yazıları, şəkilləri, videoları bloqda necə yerləşdirmək olar, bloqun reklamı, sosial şəbəkələrdə necə paylaşımı və s. bu kimi xüsusda olan mövzularda bilgiləndirilib.

Təlimin gedişində şagirdlər orta məktəblərdə dərc etdikləri divar qəzetlərinin, bloqların timsalında elektron versiyasını yaradıblar.
Bununla da cari ilin yanvar ayından start götürən “Elektron divar qəzeti” layihəsinə yekun vurulub.
“Azad Könüllülər Klubu” İB-nin sədri Mehman Məmmədovun sözlərinə görə belə təlimlərin şagirdlərin intelektual biliyini inkişaf etdirməklə bərabər, onların ictimai fəallığını artırır, yazı yazmaq qabiliyyətini inkişaf etdirir, gələcəkdə jurnalist olmaları üçün yazı mədəniyyətini formalaşdırır.
O, həmçinin bildirdi ki, gələcəkdə hazırda yaradılan “Elektron divar qəzetləri”nin müsabiqəsi keçiriləcək ki, bu da şagirdlərin qeyd olunan sahəyə marağını daha da artıracaq.
Aydın Məcidov
Azad Könüllülər Klubunun üzvü
Aydın Məcidova dəstək olduğun üçün sevindim.
YanıtlaSilBaşqa bir ad ağlıma gelmedi.
YanıtlaSilFeal şagirddir
YanıtlaSil