Etiketler

21 Nisan 2013 Pazar

Bərəkətli “PAZLAR”



Bu günlərdə tanınmış gənc yazar Mehman Məmmədovun saytların birində yazdığı ” paz” larla bağlı yazını oxudum. http://musaoglu.wordpress.com/2013/04/18/əski-paz-lar-bizə-belə/ 
Mehman müəllim bizim üçün aktual məsələrdən olan nəqliyyat problemlərinə çox yaxşı toxunmuşdur.



Bu mənim uşaq vaxtı oxumaq üçün kənddən rayona getmək məsələsində ən acılı problemlərdən idi. Kənd avtobusumuz  qonşu kənddən olan sürücü Mahmud dayinin idarə etdityi qabağı qırmızı rəngdə olan, el arasında, “Alabaş” adlanan köhnə bir avtobus idi. Bu avtobuz əvvəl gündə üç reys işləyirdisə sonralar səhər saat 8-də, günorta 2 də olmaqla nəsə ikiyə endirildi.

Bu da o zaman şəxsi maşınlar az tapıldığından bu marşuruta ehyiyac daha artırırdı. Səhər işə, bazara,  rayona gedənlərin sayı artdığından mənim kimi rayon mərkəzinə oxumağa gedənlərin bu avtobusa minə bilməmələləri əslində mənim üçün dərsdən qalmağım üçün ən yaxşı  bəhanələrdən idi. Onu da deyimki, kənddən rayon mərkəzinə getmək üçün gediş haqqımız 40 qepik tuturdu.

Sonralar Mahmud dayının avtobuzu “Paz” oldu. Avtobuz iritutumlu olsada nə reysləri dəyişdi, nədə qiyməti. Gündə iki reys. Səhər gedib günorta 2-də qayıtmaq.

Mənim buna necə deyerler etirazim yoxdur. Dərsi başa vurub avtobusa tam vaxtında yetişirdim. Bir sözlə günortalar marşurut problemim yox idi.

Mənasını o qədər də yaxşı bilmədiyim bazar iqtisadiyyatı olduğu üçün  indi maşınların sayı günbəgün artır, şəhərarası rafların reysləri çoxalır, daha yollarda qalmaq problemə çevirilmir.

 Indi kəndimizə qonaq kimi gedirəm. Artıq Mahmud dayının”paz”ı tarixə qovuşub. Onun yerinə kicik tutumlu "qazel" işləyir. Bu kiçik "qazel" sərnişin cox olduğu üçün marşurut nəyinki saat 2-ni, hec saat 1-i gözləmir.
Bəzən də elə vaxt olur ki, sərnişin olmayanda bu qazellər daşa dönüb yerindən tərpənmirlər. 
Eşitdiyimə görə qazellər mənzilbaşına 80 qəpiyə aparır.  Daha bu brədə hecnə fikirləşməyib1 manatımdan keçib taksilərə yaxınlaşmalı oluram. 

Yenədə, bərəkət o “paz”larda imiş. 

3 yorum:

  1. Menim bloquma istinad etdiyinə görə təşəkkür. Amma deyim ki, bu PAZ-lar nə qədər də paz olsalar da, yenə indiki avtobuslardan yaxşı idi. Çünki bunlarda ölüm-itim az olurdu.

    YanıtlaSil
  2. Əlbəttə ki, hec o dövrdə indiki kimi marşurut avtobusları avtoşluq edirdi?

    YanıtlaSil