Etiketler

31 Aralık 2012 Pazartesi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 20 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir. Düz 23 il bundan əvvəl, 1989-cu ildə Ordubaddan tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb. Naxçıvanda bir qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa toplaşan hərəkat liderlərinə hədiyyə edilib. Həmin gün dünyanın ən gözəl çiçəkləri kimi hamı o məftilləri bağrına basıb. Elə həmin tarixdə İstambulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. Hər şey də o tarixdən başlandı. İstambulda Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. İki il ötdü,1991-ci ilin dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda qeyd olunur. Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir və ya etdirməlidir. Əziz azərbaycanlılar bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edir. Bayramınız mübarək olsun deyirəm!

28 Aralık 2012 Cuma

XEYRIYYƏ AKSİYASI


Qubada fəal gənclərdən təşkil olunmuş “Azad Könüllülər klubu” ictimai Birliyi Quba rayonundakı Zərdabi qəsəbəsində Valideyn himayəsindən məhrum uşaqlar  üçün ümumtəhsil orta internat məktəbdə “Könülləri sevindirək” adlı xeyriyyə tədbiri keçirilmişdir.Tədbirdə Quba Rayon İcra Hakimiyyəti, Rayon Gənclər idarəsi, Quba- uşaq musiqi məktəbinin ansanbılı, Zaman Azərbaycan qezetinin şimal bölgə təmsilçiliyinin iştirakı ilə keçirilmişdir. Aksiyanı keçirməkdə əsas məqsəd qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqları təbrik etmək, onlara bayram sevinci yaşatmaq olub. AKK- İB- nin  həmtəsiscilərindən olan Asif Oruclu çıxış edərək Azad Könüllülər Klubu İB-nin həyata keçirdiyi həyata keçirdiyi könüllü layihələrdən və Qubada gənclərin maarifləndirilməsi sahəsində gördükləri işlərdən danışıb. 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə  şagirdləri və müəllim kollektivini təbrik etdi. Belə tədbirlərin tez-tez keçirəcəyini, buradakı gül baları hər zaman sevindirəcəyini, onların xoş üzlərindən təbbəssümün əksik  olmaması üçün əlindən gələni bildirdi.  Gənclər və idman idarəsinin rəis müavini Mənsur Ağayev cıxışında belə tədbirlərin tez-tez keçirilməsi, bu uşaqları sevindirmək hamısının borcu olduğunu dedi. Azad Könüllülər Klubu İB-nin sədri Mehman Məmmədov çıxış edərək təhsil müəssisəsinin kollektivini, uşaqları qarşıdan gələn Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə klub adından təbrik etdi.
Tədbirdə çıxış edən internat məktəbinin dərs hissə müdiri Elnur Mustafayev bu aksiyaya görə AKK rəhbərliyinə və təşkilatçılara öz  təşəkkürünü bildirdi və klubun bu adını yüksək qiymətləndirdi.

Xeyriyyə tədbiri AKK İctimai birliyinin daxili imkanları hesabına baş tutub. 
Tədbir musiqi sədaları altında, şagirdlər arasında rəqs, rəsm, şer müsabiqələri və viktorinalarla kecdi. Sonda fəallığı ilə seçilən şagirdlərə hədiyyələr verildi. İntellektual biliyinə görə fərqlənən şagirdlərə Zaman Azərbaycan qəzetinin xüsusi hədiyyələri ilə  mükafatlandırıldı. 


 






25 Aralık 2012 Salı

GÖZLƏNİLƏN GÜN


Dekabrın 21-i bizim gözlədiyimiz baş vermedi. Hamının həyacan və intizarla gözlədiyimiz gün adi bir gün kecib tarixə qovuşdu. Bu günün adından qazananlar şam, konserv və suxarı satanlar oldu. Buna baxmayaraq o gün insanlarda müəyyən xof  yarada bildi. Məktəbə uşaqların az gəlməsi, şəhərdə insan izdihamının kəskin azalması, vağzallarda böyük qarabalık bu günün digər günlərdən fərqləndirən bir cəhət oldu.  Mömin insanların bu günə münasibəti bir mənalıdır: “Mən buna inanmıram” Qiyamətin dəqiq vaxtının Allahdan başqa hec kim bilmir. Dalay Lama hardan biləcək? Bir dəki Mayyaların təqvimi Allahın qədərindən daha dəqiq olacaqmı?
Indi bir sual ortaya çıxır. Bu qədər alınan şamlar necə olacaq? Bu qədər yüksək qiymətlə kirayə verilən yeraltı bunkerlər? Allaha yaxın bilib müqəddəs yerlərə qoyulan sərmayə? Türkiyənin Şirincə, Fransadakı Buqaraj dağına cəkilən xərc? Ən qəribəsi isə Sakit okean sahillərində xüsusi rituallarla qiyaməti  indiyə kimi gözləyən Ulu mayyaların nəvələri?   Deyirdim hec olmasa ən azından onlar Gün tutlmasının  və yaxud bir güclü küləyin şahidi olardılar.  Bu da olmadı. Bu qiyamətlə bağlı yayılan söhbətlər kecən illər də də yayılmşdır. Onda bu dəfə olduğu kimi hecnə baş vermədi. Bu dəf isə daha şiddətli proqnoz verilmişdir. Özü də Amerika qitəsində yaşayan astoronomiya sahəsində bilici olan Mayyalılar.  Indi bundan sonra insanları inandırmaq ücün daha hansı “xalq qabağa düşəcək”. Bundan sonra Qiyamətə qədər insanları inadır görüm nece inandırırsan. Yalnız bir şey qalıb Allahın hökm etdiyi Axirət qiyaməti. Onunda gəlişi hec cür qabaqcadan bəlli olunmayacaq. Odur o günə indidən hazır olmalıyıq.

21 Aralık 2012 Cuma

FEYSBUK ƏSRİ


İnsanlar arasında əlaqə vasitəsi telefon olmuşdursa, indi texnikanın yüksək inkişafı onlar arasında nəinki əlaqə, həmdə onları ekranda görüb sözünü deyə bilmək bacarığını ortaya gətirdi. Bu inkişaf internetdə sosial şəbəkə vasitəsilə mümkün oldu. Bu sosial şəbəkələrdən ən məşhur olanı FACEBOOK (Feysbuk) -dur. Mənası azərbaycan dilində “kitab üzü” olsada bilmirəm bunun nə qədər əlaqəsi var. Amma bu da kitab kimi istədiyin şeyi, hekayə və əsərdə yaza bilməklə yanaşı ən yaxşı şəkillərini mövzuya görə yerləşdirə bilərsən. Bunları bəyənə, və yaxudda dostların görsün deyə paylaşa bilərsən. Aşağıdakı boş sətirdə şərh,  və ya öz rəyini yazaraq münasibətini bildirirsən. Bundan başqa bu sosial- şəbəkə reklam yaratmaq, tədbir keçirmək, tədbirə dəvət etmək üçün “event” də qoya bilərsən. Öz ətrafına 50 milyondan artıq insan kütləsini toplayan FACEBOOK nədir? Bu necə oldu yarandı?
         2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq Facebook sosial şəbəkəsini yaratmaq fikrinə düşdü. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Bununla yanaşı aktiv iştirakçıların sayı 66 milyonu aşmışdı və illik satışlar təxminən 150 milyon dollar olurdu. Yeni Facebook şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Piter Til adlı bir gənc bu yeni yaranmış layihəyə investisiya qoymaqla onun məşhurluğuna qismən nail olur.
         Feysbuk-un Azərbaydan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci mərhələdə Facebook-un özü tərcümə olundu. Bu mərhələ hələ də başa çatmasa belə, artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə Facebook-u bu dildə istifadə edə bilərlər. Şəbəkəni dahada sadələşdirən ona mobil telefon vasitəsilə daxil olma imkanın olmasıdır.
Bu şəbəkə qadınlarında marağına səbəb olub. Beləki ümumi istifadəçilərin sayı arasında qadınlar coxluq təşkil edir. Feys-dən istifadə edənlərin 57% qadın, 43%- isə kişilərdir.
STATIStiKA
1. Bir ayda “Feys”-e 845 milyon insan daxil olur.
2. İstifadəçi sayı 10 milyondan çox olan ölkələrin sayı 19-a, 1 milyondan çox olan ölkələrin sayı 76-ya çatıb.
3.  Azərbaycanda olan "Facebook" istifadəçilərinin sayı Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Ermənistanda olan istifadəçilərin ümumi sayından çoxdur.
4. "Facebook"da ən çox fanatı olan futbolçu Portuqaliyalı Kristian Ronaldodur. Onun səhifəsini bəyənənlərin sayı 32 280 000 nəfəri keçib.
5. Bir gündə "Facebook"a 200 milyon şəkil yüklənir.
6. Dünyada hər 13 insandan biri "Facebook" istifadəçisidir.
7. 18-34 yaşlı "Facebook" istifadəçilərinin 48%-i səhər yuxudan oyanan kimi "Facebook"a daxil olurlar.
8. Həmin istifadəçilərin 28%-i yataqdan qalxmamış mobil telefon vastəsilə "Facebook"a daxil olurlar.
9.  18-24 yaşlı istifadəçilərin sayı bir il ərzində 74% artıb.
10.  Bir saatda "Facebook"da 30 milyon şərh yazılır.
11.  Bir dəqiqədə "Facebook"da 100 000 dostluq təklifi qəbul edilir.
12.  Bu ölkənin cəmi 80 nəfər əhalisi "Facebook" istifadəçisidir. Bu ölkə Vatikandır.
13.  Çində "Facebook" istifadəçilərin sayı Azərbaycandakından azdır (Çin - 384 min, Azərbaycan - 388 min)

14. Kanadada "Facebook" istifadəçilərinin sayı 18,5 milyon nəfərdir ki, bunların da 2 milyon nəfəri son bir həftədə üzv olub. 




15 Aralık 2012 Cumartesi

ÇİNGİZ ABDULLAYEV TANINDI


Qubada fəal gənclərdən yaradılmış “Azad Könüllülər” İctimai Birliyinin nəznində fəalyyət göstərən “Ədəbiyyat məktəbi”-nin ikinci   mühazirəsi keçirilib. Mühazirəni klubun “İnformasiya” bölməsinin rəhbəri Cahangir Eyyubov keçirib. Bu dəfəki mühazirə məşhur dedektiv yazıçı Cingiz Abdullayevin həyat və yaradıcılığına həsr olunub.  Mühazirəni aparan yazıçının həyat və yaradıcılığı ilə yaxından tanış olan Cahangir Eyyubov onun oxucular arasında ən çox sevilən əsərləri haqqında məlumat  verdi. Cahangirin tanıtımından sonra tədbirə gələn dinləyicilərdə yazıçı Cingiz Abdullayevin əsərlərinə olan marağın bir azda artıldığı hiss olundu. Tədbirdə iştirak edənlər təkcə Çingiz Abdullayevin əsərləri ilə yox, həmdə eyni zamanda onun həyatda qarşılaşdığı və onunla bağlı olan digər əhvalatlarla da tanış oldular.
Tədbirimizdə qonaq qismində dəvət olunan Eldar müəllim Subhanverdiyev de istirak edib ve təşkilatin həyata kecirdiyi tədbirləri müsbət qiymətləndirib.
Xatırlatmaq üçün qeyd edək ki, məşhur dedektiv yazıçısı Çingiz  Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakıda 189 saylı şəhər məktəbinində təhsilini  bitidikdən sonra (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir. Afrika, AsiyaAvropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986).
  Mavi mələklər, Əclafların qanunu, Qanın üç rəngi, Alçağın üslubu, Quba kapiroçusu, Mənim gözəl alibim, Məhşər ayağında və sairə bu kimi əsərlərinin müəllifi,
 Dronqo (serial, 2002)  2.Məhkumlar (film, 2007)  3. Tərsinə çevrilən dünya (2011) filimlərinin ssenaristidir.

12 Aralık 2012 Çarşamba

HEYDƏR ƏLİYEV HƏMİŞƏ XATİRƏLƏRDƏ YAŞAYACAQ

12 DEKABR ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏ GÜNÜDÜR
MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM
Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan PedaqojiTexnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası)memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq
Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışaraq 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində iş ləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-c i ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyas ı Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyas i Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin b irinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. İyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1987-c i ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası MərkəziKomitəsi Siyas i Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.1990-c ı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz ə laməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-c ı ilin iyulunda Azərbaycana qayıdaraq əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin il Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məc lisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1992-c i ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.1993-cü ilin may-iyununda hökumət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının yekdil iradəsi və tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət edilmişdir.1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Məclis in qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş , səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir. 
2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir. Dekabrın 15-də Fəxri Xiyabanda dəfn edilmiş dir.
Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş , iki dəfə
Sosia list Əməyi Qəhrəmanı adını a lmış, bir çox xarici dövlətlərin orden və medalları ilə tə ltif olunmuşdur. O,
həmçinin bir çox dövlətlərin orden və medalları ilə təltif olunmuş , beynəlxalq mükafatlara laiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir.

Mənbəə: http://files.preslib.az/projects/toplu/v2/f1_1.pdf

10 Aralık 2012 Pazartesi

AKK rəsmi tanındı.

Mehman Məmmədovun  Qubada təsis etdiyi fəal gənclərdən ibarət "Azad Könüllüər Klubu"  rayonda tesdiqini tapıb. Beləki bu gün Quba rayon H. Əliyev mərkəzində H. Əliyevin anım gününə həsr olunmuş tədbirdə çıxış sözü Mehman Məmmədova verildikdə o tədbir iştirakçılarına "Azad Könüllülər klubunun" sədri kimi təqdim olunub. Buda klub rəhbərliyi və onun üzvləri üçün sevindirici haldır. Belə təqdimata görə klub adından rayon İcra Hakimiyyətinə təşəkkürümüzü bildiririk.

9 Aralık 2012 Pazar

Müəllimin uşaqları döyməsi



Bu günlərdə mətbuatda yayılan şagirdləri sıraya düzüb onları zoğal cubuğu ilə döyən müəllimin videosu çox yerlərdə əməlli- başlı səs-küy qaldırıb. Bir çox social- şəbəkələrdə buna müxtəlif münasibətlər bildirilib.

8 Aralık 2012 Cumartesi

Ilk Azərbaycan parlamentinin yaradılması


Dekabrın 7-i Azərbaycanın ilk parlamentinin yaradılması günüdür.  1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə parlamentin yaradılması və fəaliyyəti o dövür üçün mühüm  hadisə idi. O dövürdə fəaliyyət göstərən Milli Şura 1918- ci il noyabrın 20-də “Azərbaycan parlamentinin yaradılması haqqında ” qanun qəbul etdi. Qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Əhalinin çoxmillətli tərkibinə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü, polyak xalqlarınən hər biri üçün bir yer, həmkarlar ittifaqı təşkilatları üçün 5 yer nəzərdə tutulmuşdur. Respublika ərazisində yaşayan bütün xalqların hər iki cinsinin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.
Bir sıra çətinliklərə baxmayaraq, 1918- ci il dekabrın 7-də parlament öz işinə başladı. Bu, Azərbaycan xalqının həyatında çox mühüm hadisə idi. Parlamentin ilk iclasında Ə. Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev sədrin birinci müavini seçildilər. Dekabrın 26-da üçüncü hökümət kabineti təşkil edildikdən sonara F. Xoyski Nazirlər Şurasının sədri və xarici işlər naziri vəzifələrini tutdu.
Azərbaycan parlamenti fəaliyyətinin ilk dövründə müxtəlif siyasi partiya və qrupları təmsil edən 97 deputatdan ibarıt idi. Parlamentin qəbul etdiyi qərara əsasən onun rəsmi dili azərbaycan (türk) dili elan olundu, digər millətlərin nümayəndələrinin rus dilində çıxş etmələri məqbul hesab edildi. Fəaliyyət göstərdiyi 17 ay ərzində parlamentin 130 iclası keçirilmişdir. Parlamentdə 270- dən çox qanun layihəsi təqdim olunmuşdur. Onlardan 230-a yaxın qanun qəbul olunmuşdur. Azərbaycan Cumhuriyyətinin Müəssisələr Məclisinə seçkilər haqqında əsasnamə, “Azərbaycan vətəndaşlığı haqqında Qanun”, Mətbuat haqqında “Nizamnamə” və s. bu qəbildən idilər. Bunların  2\3 hissəsindən çoxu maliyyə, ədliyyə, daxili işlər və hərbi nazirliklər tərəfindən təqdim edilmişdir.
M.Ə. Rəsulzadə Azərbaycan Parlamenti haqqında demişdir: “Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi.  Onsuz heç bir əmr keçməz, hec bir məsrəf yapılmaz, hec bir müharibə başlamaz, hec bir müharibə başlamaz, hec bir barçıq imzalanmızdı. Hökumət millətin etimadını qazanada qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə- vəzifə yox idi. Parlament hakimi-mütləq idi”.

Quba gənclərinin ümumrayon toplantısı keçirilib



Dekabrın 6-da Quba rayon Mədəniyyət sarayının konfrans zalında Quba gənclərinin ümumi toplantısı keçirilib. Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan konfransda Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, icra hakimiyyəti başçısının müavini Afət  xanım Həsənova, gənclər və idman idarəsinin müdiri Mustafa Nöhbalayev və dəvət olunmuş digər qonaqlar, həmçinin rayonun ictimai həyatında fəal iştirakı ilə seşilən gənclər iştirak ediblər.
Tədbirdə “Azad Könüllülər Klubu” İctimai Birliyinin həmtəsisçisi və sədri Mehman Məmmədov da iştirak edib.
Tədbirdə çıxış edən Mehman Məmmədov bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib.
O, müasir texnalogiyaların və internetin inkişafı, internetin gənc nəslə olan təsirindən danışıb. Qeyd edib ki, dünyada baş verən ən son hadisələri və digər maraqlı faktların əldə olunmasında, hətta tariximizi, ədəbiyyatımızı, dünya yazarları və onların əsərləri haqqında məlumatları mənimsəməmizdə internetin əvəzsiz rolu danılmazdır. Mehman Məmmədov həmtəsisçisi və sədri olduğu təşkilatın həyata keçirdiyi layihələrdən danışıb və bildirib ki, “Azad Könüllülər Klubu” İB-nin yaradılmasından az müddət keçməsinə baxmayaraq təşkil etdiyi maraqlı tədbirlərlə ətrafına 30-dan çox könüllü gənci cəlb edə bilmişdir.
Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Mübariz müəllim “Azad Könüllülər Klubu”nun yaradılmasını müsbət qarşılayıb və bildirib ki, yaxın gələcəkdə rayonumuzda istifadəyə veriləcək Gənclər evindən “Azad Könüllülər Klubu”na da yer veriləcək.

7 Aralık 2012 Cuma

Paşa Yaqubla görüş


Qubada fəaliyyət göstərn “Yurd” gənclərin vətənpərvərlik klubunda tədqiqatçı yazar Paşa Yaqubla gənclərin görüşü keçirilmişdir.
Tədbiri açıq elan edən  klubun rəhbəri Ramin Mahmudov yazıçı dədqiqatçı Paşa Yaqubun həyatı və yaradıcılığından məlumat verdi. Onun yazdığı kitablardan biri olan “Övliyalar diyarı Quba” kitabı haqqında məlumat verdi.  Bambuzer vasitəsilə yayımlanan canlı bağlantı respublikanın bəzi rayonlarında maraqla dinlənildi. Tədbir gənclərin maraqlı sualları ilə davam etdi. Sonda paşa müəllim öz əsrlərindən olan Övlıyalar diyarı Quba, Torpağı Şərəfləndirənlər, Nurlu similar kitablarını klubun rəhbərliyinə hədiyyə etdi. Bir şeyi qeyd edək ki, Paşa Yaqubun Övliyalar diyarı Quba kitabının ikinci cildi də işıq üzü görüb.
Xatırlatmaq üçün qeyd edək ki, Paşa Yaqub Alı oğlu 10 mart 1968-ci ildə doğulub. Elmi-dini və tarixi araşdırmalarla məşğuldur. İyirmi altı kitabın və onlarla məqalənin müəllifidir. Bəşəri Dəyərlərin Təbliği Fondunun prezidentidir.
Yazıçıdır. Quranın riyazi təhlili və təyyarə qəzalarının araşdırılması ilə məşğul olur.

4 Aralık 2012 Salı

YAZI MƏDƏNİYYƏTİ


Son illər elm və texnikanın irələdiyi bir zamanda insanlarda yazı mədəniyyətinin yüksəldiliyinində  şahidi oluruq. Bunu küçə və prospektlərin üzərində, binaların divarlarında, parklarda, metrolarda və avtobuslarda bir sözlə hər yerdə şahidi oluruq. Bu yazıların qeyri –adiliyi ondadır ki, bunlar bir və yaxud iki kəlmə ilə ifadə olunur. Özü də çox qısa bir formada.

3 Aralık 2012 Pazartesi

"TARİXİ İZİMİZ" dən söz açıldı.

2 Dekabr 2012- ci il Quba Müəllimlər evində “Azad Könüllülər Klubu” “Tariximizi unutmayaq” adlı yeni könüllü layihəsi çərçivəsində “Tarixi izimiz” adlı tədbir keçirib.

Tədbiri giriş nitqi ilə açan klubun “Elm və təhsil” bölməsinin rəhbəri Mehman Fərmanov XVIII əsr Azərbaycan tarixi, Azərbaycan xanlıqların yaranma səbəblərini, Quba xanlığı və Fətəli xan haqqında iştirakçıları məlumatlandırıb. Quba xanlığından ətraflı danışan M.Fərmanov vahid Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizə aparan Fətəli xanın yürütdüyü siyasətdən söz açıb və Şimal-Şərq xanlıqlarının Quba xanlığına birləşdirilməsi ardıcılığını tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıb.

Bunlarla bərabər, iştirakçılar Quba xanlığı, onun sərhədləri, Fətəli xanın hakimiyyəti illərini və s. özündə əks etdirən slayd-şounu izləyiblər.

“Azad Könüllülər Klubu”nun sədri Mehman Məmmədovdan aldığımız məlumata əsasən “Tariximizi unutmayaq” layihəsinin əsas məqsədi tariximizi və tarixi şəxsiyyətlərimizi, Qubanın tarixi haqqında gəncləri maarifləndirmək, erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımız barədə gənclərə geniş məlumat vermək, erməni vəhşiliklərini əks etdirən filmlər nümayiş etdirmək, turlar təşkil edərək gənclərə tariximizin mədəniyyət nümunələrini əyani göstərməkdir. O, həmçinin bildirdi ki, layihə çərçivəsində “Tarixi izimiz” adlı tədbirlər bundan sonra da davamlı olaraq, silsilə şəkildə keçiriləcək.

28 Kasım 2012 Çarşamba

ADRİATİK DƏNİZİ i və yaxud MEHDİ HÜSEYNZADƏ


         Sizlərə Adriatik dənizi haqqında məlumat vermək istəmirəm. Onu bilirəm ki, bu dəniz Avropa qitəsində İtaliya ilə keçmiş Yuqaslaviya dövlətlərinin arasında yerləşir. Qəhrəmanımız olan əfsanəvi" Mixaylo" haqda bir az sonra. 
Keçən bazar günü ANS kanalında Zəhra "Ağıl dəryasında" dəryaları(?) yenədə sınağa çəkirdı. Sözə baxaa "dəryalar" . Orada dəryalara sual verildi ki, sovet İttifaqı Qəhərəmanı olmuş Bakılı balası Mehdi Hüseynzadə hansı dənizin sahillırində vuruşub. Abturyentlərin cavabları çox məntiqsiz oldu. biri Xəzər dənizi, biri də Qara dəniz cavablaını verdilər. Əgər Xəzərin sahilində vuruşubsa Onda niyə Yuqaslaviya dövləti onu "Qafqazın Qəhrımanı" adı ilə adlandırır. 
Bu mənim orta məktəbdə oxuduğum bir məqamı xatırlatdı. Biz həmin dərsi ədəbiyyat fənnindən keçərkən dərs danışmaq növbəsi mənə çatmışdır. Ədəbiyyat mənim ən çox sevdiyim  gələn dərslədən biri idi. Dərs danışarkən həmin mətnə öz təxəyyüllərimi əvavə edirdim. Bu məndə bir adət idi. Baxmayaraq ki, bu dərslikdə verilməmişdir. Sinifdə normal ab- hava var idi. Müəllim mənə qulaq assada hiss olunurdu ki, fikiri başqa yerdədir. Birdən müəllimin diqqətini sınamaq qərarına gəldim. Həmişə olduğu kimi bu dəfədə mətndə olmayan bir ifadəni əlavə etdim. " Mixaylo fikirə dalmışdı. Xəzərin ləpələri asta-asta pıçıldaşırdı... " deyib fikirimi müəllimə yönəltdim. Müəllim hec bir reaksiya vermədi. Və sonra dərsi danışıb başa catdırdım. Sonda laiq olduğum 5- i alıb yerimdə əyləşdim. 
Bunu məllimin fikirinin dağınıq olduğu kimi qəbul etdim.

26 Kasım 2012 Pazartesi

AŞURƏ GÜNÜ



       Dinimizdə olan müqəddəs günlərdən biri də “Aşurə günüdür”. Bu gün Məhərrəm ayının onuncu günü qeyd olunur. Elə mənasıda ərəbcədə “əşara” 10 deməkdir. Bu gün nə baş verib? Bu günün faziləti nədir?. Bununla bağlı çoxlu hədislər və tarixi rəvayətlər var.
          Bu ayın en qiymətli gecesi de Aşure gecəsidir. Allahü teâlâ, birçox duaları Aşurə günü qabul etmiştir. Hazret-i Âdəm’in tövbəsinin qəbul olması, Hazrət-i Nuh’un tufandan qurtulması, Hazret-i Yunus’un balığın qarnından çıxması, Hazrət-i İbrahim’in atəşdə yanmaması, Hazrət-i İdris’in canlı olaraq göyə çıxarılması, Hazrət-i Yaqub’un, oğlu Hazrət-i Yusuf’ə qovuşması, Hazrət-i Yusuf’un quyudan çıxması, Hazrət-i Əyyüb’ün xəstəlıkdən qurtulması, Hazrət-i Musa’nın Qırmızı dənizi keçməsi, Hazrət-i İsa’nın doğumu və ölümdən qurtulub, diri olaraq göyə çıxarılması Aşurə gününə təsadüf olunur.
       Məhərrəm ayı, Qur’an-ı kerimdə, qiymət verilen dörd  aydan biridir. Məhərrəmin birinci günü oruç tutmaq, o ili tamamın oruç tutmaq  kimi fəzilətlidir. Bir hadis-i şerif də belə deyilir.
(Ramazandan sonra en faziletli oruç, Muharrem ayında tutulan oruçtur.) [Müslim]
       Aşurə günün bizə yaxın olan tarixi hicrətin 60 – ildə Peyğəmbərimiz (s. ə. S)- ın mübarək nəvələrindən olan İmam Hüseyn (ə) Kərbəla düzündə Din uğrunda şəhid olmasından, İmam Hüseynin öz şəhadəti  bir qeyrət məktəbi, bir şəhidlik məktəbi qoyub getməsindən başlayır.
       Bu gün Dünyanın bir çox islam ölkələri kimdə respublikamızda xüsusi mərasimlə qeyd olunur. Bunu şəhər məscidlərində yaxşı görmək olar. Aşurə günü matəm günü kimi qeyd olunsada  o gün iş günü hesab edilir.  Bu gündə ən cox işindən ayrılıb məscidlərə yığışmaq, şəhadət gününü üzünə məxsus şəkildə qeyd etmək savab sayıldığını bilinir. Məscidlərimizin həyətlərində “Kimisi “imamlarımızı qətlə yetiriblər”, kimisi “İmam Hüseyni susuz qoyublar” deyib haray  salmaqla onları yad edirlər. Bir məqamda ondan ibarətdir ki, hansısa bir hədisi əlində bayraq edərək öz faydalı işlərindən ayrılıb aşurə mərasiminə zəncirlə özlərinə əzab verəcək qədər əzablı işə gedirlər. Hədisdə deyilir: "Bu gündə işləmək olmaz. İşləməyib yas saxlayan insana Allah həmin günün qazancın verər. İşləyib mənfəət qazanan insanın mənfəətini Allah əlindən alar". Bu mərasimdə insanın özünə əziyyət verib bədənindən qan çıxarmağı "xeyirli əməl" sayılır. Bunun təhlükə olduğunu başa düşən Dini idarə bu hərəkəti yasaqladı. Bunun üçün qan verməni sivil qaydada etmək üçün qərar verdi. 

      Bununla bağlı olaraq Regionun şimal bölgəsində  də aşurə günü xəstəxanalarda qanvermə aksiyası keçirilib.


  

25 Kasım 2012 Pazar

QUSARDA DEBAT MƏRKƏZİ

Qusar rayonunda “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin regional mərkəzinin açılışı oldu.
 

 Açılışda Milli Debat Proqramının koordinatoru Tural Abdullazadə çıxış edərək belə mərkəzlərin yaradılmasının gənclərin intellektual bacarığının, dünyagörüşünün artırılmasında, sərbəst düşünüb qərar vermək bacarığının inkişafında önəmli olduğunu qeyd etdi.

O, mərkəzin regionun şimal bölgəsində açılmasının xüsusi önəmi olduğunu bildirdi. Bu münasibətlə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin xüsusi diplomunu Qusar Gənclər və İdman İdarəsinə təqdim etdi. Qusar rayon Təhsil Şöbəsinin metodisti Qorxmaz Muradov bu mərkəzin Qusarda açılmasının rayonun gənclərinin intelektual səviyyəsinin yüksəlməsinə xeyli faydası olacağını bildirdi və birliyin kordinatoru Tural Abdullazadəyə təşəkkür və uğurlar arzuladı.
Qeyd edək ki, ölkəmizdə regionlarda ümumilikdə 7 debat mərkəzi fəaliyyət göstərir. Debat mərkəzinin təlimçi müəllimi Malik Bağırovun dediyinə görə, 8-ci debat mərkəzi Qarabağ zonasında - Ağdamda fəaliyyət göstərəcək. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi öz fəaliyyətini Azərbaycanda 1998-ci ildən “Debat” təhsil proqramı kimi başlayıb. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib, 2005-ci ilin yanvar ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. 

Mehman Fərmanov Qusar \ZAMAN AZƏRBAYCAN\

18 Kasım 2012 Pazar

QİYAMƏT HAZIRLIĞI

Dekabrda Kainatın təbii hadisəlrindən biri Günəşin tutulacağını və bunun bir- neçe gün davam edeceyini bildiriblər. Hətta Qiyamətin olacağı kimi də  dəyərləndiriblər. Tibetin mənəvi lideri Dalay Lama bunu  Şimalı Amerikanın qədim xalqlarından olan Mayyaların günəş təqviminə əsaslınıb dediyi fikiridir. Orada qeyd olunur ki, 2102- ci ildə Günəşin ömürü bitəcək, Dünya zülmətə qərq olacaq. Buda artıq qiyamət deməkdir. Deyilənlərə görə Paytaxtda bu hadisəyə cox ciddi yanaşanlarada var. Bəs buna regionlarda  münasibət necedir? Nece deyerler Qiyamete hazırdırlarmı?
Qusar ve Xacmaz rayonlarından fərqli olaraq Qubada bu məsələ bir az ciddi hala cevirilib. Bunu rayondakı bazar ve parəkəndə satış dükanlarında aparıldığımız sorğu təsdiq etdi. Satıcıların dediyinə görə şamların satışı coxalıb. Bir nəfər satıcı xüsusilə qeyd etdi ki, seher şam getirilir, günortaya kimi satılıb qurtarır. Amma qiymetlerinde artım yoxdur.Orda diqqetimi ceken bir meqam da o oldu ki, həmin satıcının "Bu hadisədən" xəbəri yox idi. Bazarda heqiqeten şam satışının artırılmasının şahidi oldum. Hətta dəmir- dümür satılan yerdə şamların quyulub satılması buna sübüt idi. 
Xacmaz rayonunda bu hadisəni sadəcə bir təbii hadisə kimi qarşılayırlar. Buna hec bir hazırlıq görürlər. Xaçmazlılar bunu Allaın qədəri hesab edib, Yaradanın özünüə həvalə edirlər.
Qusar rayonunda isə ümumiyyitlə buna şərh vermək istəmirlər. Elə bil bu hadisədən xəbərsizdirlər. Dükanlarada ümumiyyətlə şamı soruşan olmayıb. Yalnız məişətdə istifadəsi üçün.
Sonda bir şeyi bildirək ki, Tebetli Lider bunu "boş söhbət" adlandırıb. insanların təşvişə düşməsindən, bir çoxlarının ciddi stress keçirməsindən və təlaşından sonra din xadimi yeni açıqlama ilə çıxış edib. Sayıtlaradan verilən məlumata görə, o, bildirib ki, dünyanın axırı haqqında deyilənlər boş söhbətlərdir.

“Mən hamını əmin edirəm ki, dünyanın dağılması təhlükəsi yoxdur. Heç kim narahat olmasın” - deyə, o bildirib.

9 Kasım 2012 Cuma

45- CI PREZIDENT


Onunla eyni adı daşıyan Keniyalı bir ata ilə Ann Dunham adlı Kansaslı ağ bir ananın oğlu olan Obama, 4 Avqust 1961 Havay adalarında doğuldu. Havay Universitetində tanış olub evlənən cüt, Obama 2 yaşındaykən boşandı. Harvard Universitetində təqaüdlü oxuyan ata, daha sonra Keniyaya döndü və hökumət işində çalışdı.
 Obama 6 yaşındaykən, anası bu dəfə bir İndoneziyalı ilə evləndi, ailə Cakartaya daşındı. İndoneziyada yaşadığı 4 il boyunca dünyəvi və Xristian məktəblərinə gedən Obama, daha sonra nənə və babasıyla yaşayacağı Havay adalarına döndü və təhsilinə burada davam etdi.
 New Yorkdakı Columbia Universitetində Siyasi Elmlər fakültəsində təhsil alan Obama, 1988-ci ildə Harvard Hüquq Fakültəsinə qəbul olundu, buradakı fəallığı əsnasında "Harvard Law Review" jurnalının ilk Afrika mənşəli Amerikalı idarəçisi (menejer) i oldu.

                    SİYASİ HƏYATI

 1996-2004 illəri arasında Illinois əyalət senatoru olan Obama, 2004-ci ildə də ABŞ Senatına seçildi. Bu zəfərinin ardından medianın diqqətini çəkən Obama, Vaşinqtonunda ən tanınmış ünlülərindən biri oldu. Obamanın iki kitabı, çox satılanlar siyahısına daxil oldu.

 Barak Obama, 2007 – ilin əvvəllərində prezident postuna namizədi olduğunu elan etməsiylə birlikdə, digər namizəd, köhnə ABŞ Başçısı Bill Clintonun həyat yoldaşı Hillary Rodham Clinton ilə uzun davamlı bir mübarizəyə girişdi və qələbəsini elan etdi.
 New York Senatoru Hillari Klinton da, Demokrat Partiya qurultayında adını yazdıraraq, başçı namizədliyi mövqesinə yaxınlaşan ilk qadın olaraq Amerikan tarixinə keçdi.
 Obama, kampaniyasının başında "Vaşinqtondakı liderlərimizin, problemlərə praktik və sağlamfikirli həllər tapmaq üçün bir yerdə işləməkdən aciz olduğu görülür" deyərək, özünün bunu düzəltməyi məqsəd qoyacağını açıqladı.
 Barak Obamanın Demokrat Partiyanın rəsmi olaraq başçı namizədi olduğu isə İyun 2008-ci ildə dəqiqləşdi. Seçki kampaniyasında "dəyişmə" şüarını istifadə edən Obama,  liderlik yarışında ən çox hədiyyə əldə edən lider olaraq da rekord qırdı.
 ABŞ-ın İraqa müdaxiləsi əvvəlində döyüşə qarşı səsini yüksəldən, İraq döyüşünün başından bəri bunu tənqid edən Obama, İranlı liderlərlə də şərtsiz görüşmək üçün etdiyi inadlı cağrışlarına görə  tənqid olunmuşdu.

"ROK ULDUZU OBAMA"

 Obama, siyasətdə parlamasıyla birlikdə həm milli, həm də beynəlxalq sahədə "rok ulduzu" bənzətməsi edilən bir ünə və dəstəyə qovuşdu.
 Amerikalı məşhur took (talk show) şouçu Oprah Winfreyi kampaniyasına qatan Obamaya dəstək verən digər məşhurlar arasında Hollywood dünyasından Corc Clooney, Scarlett Johannson, Robert də Niro, Tom Hanks, Matt Damon, Halle Berry və məşhur musiqiçi Bruce Springsteen adı çəkir.
 Obama, adının davamlı "Alabama" ya da "Yo Mama" kimi səhv deyildiyi mövzusunda zarafatlar edir. CNN televiziyası da Obama ilə Əl Qaidə lideri Üsaməni (Bin Ladin) adlarını qarışdırmış və üzr istəmişdi.

 Barak Obama, 1964 doğulan və özü kimi Harvard Hüquq Fakültəsi məzunu olan Michelle Robinson ilə evli. Cütün, Maliyyəyə (10) və Saşa (7) adlı iki qız uşağı var.

2012 – ci ildə 51 yaşlı prezident Obama Respublikaçı namizəd Matt Roneyi (Mitt Romney) qabaqlayaraq ABŞ- ın tarixində növbəti dəfə prezident oldu.